Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:05

Devalvasiya anonsu?


İlham Əliyev
İlham Əliyev

-

Prezident İlham Əliyev Davosda manatın məzənnəsinə toxunub. «RIA Novosti» agentliyinə açıqlama verən prezident iki məqamı vurğulayıb:

1) Hökumət indən belə manatın məzənnəsini dəstəkləməyəcək;

2) Neft yenə ucuzlaşarsa, manat bundan əziyyət çəkməyəcək.

Bəzi ekspertlər bunu növbəti devalvasiya anonsu sayır. Onların fikrincə, manat dəstəklənməsə, dollara nisbətdə yenə dəyər itirə bilər. Əslində, manatı qorumaq hökumətin yox, Mərkəzi Bankın (MB-nin) işidir. Onun da, hələlik, manatın məzənnəsinə dair konkret planı gözə çarpmır. MB öncə «üzən məzənnə» rejimi elan etdi, sonra geri addım ataraq, tənzimlənən rejimə döndü. Sual doğur: Hökumət kimi, MB də manata tam sərbəstlik versə, o zaman necə olacaq?

«HÖKUMƏT MÜDAXİLƏNİ ƏN AZA ENDİRMƏYƏ ÇALIŞIR»

İqtisadçı ekspert Vüqar Bayramov prezidentin son fikirlərini belə dəyərləndirir: «Bu açıqlama manatın «üzən məzənnə» siyasətinə keçməsi və bundan sonra milli valyuta məzənnəsini daha çox bazarın müəyyənləşdirməsi ilə bağlıdır. MB son ilyarım boyunca bazara 12 milyard dollardan çox valyuta çıxarıb və xarici valyuta ehtiyatını kəskin azaldıb. Bunu nəzərə alsaq, deməli, hökumət müdaxiləni ən aza endirməyə çalışır».

«BAZARIN ÖZÜNDƏN DOLLAR TƏKLİFİ OLDUQCA AZDIR»

Ekspertin fikrincə, hökumət müdaxiləsinin mərhələli azalması xarici amillərin manata təzyiqini artıra bilər: «Hələlik, dollarlaşma prosesi başa çatmayıb və xarici valyutaya yüksək tələb qalmaqdadır. Dollardan qurtulma prosesi baş vermədiyindən bazarın özündən dollar təklifi olduqca azdır. Təklif yenə də MB-dən və Dövlət Neft Fondundan gəlir».

«MB MÜDAXİLƏNİ DAYANDIRSA...»

Vüqar Bayramovun qənaətincə, MB müdaxiləni kəssə, manat yenidən dəyərsizləşə bilər: «Axı MB bazarda yenə aparıcı oyunçudur və dollara təklifin ödənməsində onun payı hələ yüksəkdir. Dollarlaşma prosesi başa çatınca MB müdaxiləsinin sürməsi manatın mövcud məzənnəsini qoruyub saxlamaq üçün vacibdir».

«MANATIN REAL BAZAR DƏYƏRİ İNDİKİNDƏN DAHA YAXŞI OLA BİLƏRDİ...»

Ekspert Elxan Mikayılovun fikrincə, manatın real bazar dəyəri indikindən daha yaxşı ola bilərdi: «MB 2-ci devalvasiyaya getmədən «üzən məzənnə»yə keçsəydi, manat 1.40-da dayana bilərdi. Amma indi manatın real dəyəri daha çox düşdü».

Ekspert deyir ki, neftin bir barreli30 dollardan da aşağı qiymətə satılarsa, manat dollara nisbətdə 1.80 səviyyəsinə düşə bilər.

XS
SM
MD
LG