Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:32

Kredit borcunu maaşdan tuturlar


Arxiv fotosu
Arxiv fotosu

►Hüquqşünas: “Məhkəmə və icraçılar banka borcu olan vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər”

“Tovuz rayon Təhsil Şöbəsinin mühasibatlığında Tovuz İcra Bölməsinin məktubuna əsasən maaşımdan tutulur. Bəli, kredit borcum var, bu borcu ödəməkdən imtina etmirəm. Lakin əməkhaqqım 305 manatdır. Kreditə görə çıxılandan sonra əlimə cəmi 246 manat gəlib çatır. Bu məbləğlə külfətimi necə dolandırım?”

Tovuz rayonu, C.Sadıqov adına Qədirli kənd orta məktəbinin tarix müəllimi Nüsrət Nəsirli deyir, aylıq maaşından banka olan kredit borcunun aylıq ödənişi tutulur. Müəllim bunu qanunsuz hesab edir. Deyir, ölkə başçısının imzaladığı yaşayış minimumu haqqında qanuna məhəl qoyan yoxdur. Banklar kreditə görə onlardan asılı vəziyyətə düşən insanların son qəpiyini də əlindən alır:

“Bir vətəndaş kimi sual verirəm, 246 manatla azyaşlı övladlarımı necə dolandırım? Əgər yolunu bilən varsa, mənə də izah etsin. Bir qanunu ki, nə bank, nə məhkəmə saya almayacaq, prezidentimiz o qanunu niyə imzalayır?”

Müəllim deyir, özünü oda-közə vurub gec-tez banka olan borcunu ödəyəcək. Ancaq hazırda maddi durumu yolunu kəsir.

Buna da bax: Qax qar yorğanı altda- [Fotolar]

“SON QƏPİYİ ƏLİMİZDƏN ALSANIZ...”

Müəllim:

“İqtisadi çətinliklərimiz hamıya məlumdur. Mən də həmin çətinliklərə görə borcumu ödəyə bilmirəm. Mən aylıq məvacibimlə 5 uşağımı dolandıra bilmirəm, indi onun yarısı da tutulsa, vəziyyətimiz daha acınacaqlı olacaq. Tovuz rayon Təhsil Şöbəsinin mühasibatlığı isə gözünü yumub bildiyini edir. Mənim uşaqlarımın axırıncı çörəkpulusunu da əlimizdən almaq istəyirlər. Mən bu barədə Tovuz rayon prokurorluğuna da ərizə yazmışam. Ailə tərkibim barədə arayış da təqdim etmişəm. Sizə bir daha müraciət edirəm ki, uşaqlarımın son qəpiyini əlimizdən almayın".

Tovuz rayon Təhsil Şöbəsi məsələyə münasibət bildirməyib.

Yeni ildən qüvvəyə minən "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136, əmək qabiliyyətli əhali üçün 146, pensiyaçılar üçün 115, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

Buna da bax: Polisin vətəndaşı xırda pozuntuya görə həbs etmək səlahiyyəti alınır

GƏLİR YAŞAYIŞ MİNİMUMUNDAN YÜKSƏKDİRSƏ...

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, məhkəmə və icraçılar banka borcu olan vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər:

"Məsələn, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır (hazırda qüvvədə olan qanuna görə 496 manatdır). Deməli, vətəndaşın əmək haqqı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır (əlbəttə, gələcəkdə vətəndaşın aylıq gəliri artmasa)".

İqtisadçı bildirir ki, vətəndaşdan yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, şikayət edilməldir:

"Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, vətəndaşını hər bir halda qorusun. Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz edin".

XS
SM
MD
LG