Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:30

Qəzetlər üçün "qara kağız"


►Mətbuat Şurası yardım üçün prezidentə üz tutdu

Çap kütləvi informasiya vasitələrini ağır günlər gözləyir. Son 3 ayda qəzet kağızı 100 faizdən, xaricdən gətirilən hazır çap məhsulları isə 50 faizdən çox bahalaşıb.

Bu azmış kimi, ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərinə əlavə dəyər vergisinin tətbiqinə də başlanıb.

Mətbuat Şurası (MŞ) çıxış yolunu ölkə başçısına müraciət etməkdə görür. Şuranın İdarə Heyətinin yanvarın 29-da keçirilən toplantısında yardım üçün prezident İlham Əliyevə müraciət edilməsi qərara alınıb. Bu haqda MŞ-ın saytı xəbər verir.

İdarə Heyətinin toplantısında şuranın 2015-ci il üzrə fəaliyyəti də müzakirə edilərək məqbul sayılıb. MŞ sədri ötən ildə şuraya 659 müraciətin daxil olduğunu, müraciətlərin yarısının yazılı mediada yayılan məlumatlardan şikayət məzmunda olduğunu bildirib. Şikayətlərin 34,3 faizi şərəf və ləyaqətin aşağılanması, 30,1 faizi işgüzar nüfuzun ləkələnməsi, 27,4 faizi qarşı tərəfin mövqeyinin işıqlandırılmaması ilə bağlı olub.

Tolantıda həmçinin, “Qərb xəbərləri” və “Xalq tribunası” qəzetlərinin adları şuranın “qara siyahı”sına daxil edilib.

XS
SM
MD
LG