Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:21

Dərmanlar ƏDV-dən azad edilə bilər


Əli Əhmədov
Əli Əhmədov

-

«Azərbaycanda dərmanların Əlavə Dəyər Vergisindən azad edilməsi məsələsi üzərində düşünülür».

APA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, dünyanın ayrı-ayrı ölkələrində dərmanların Əlavə Dəyər Vergisindən azad olunması, habelə bu və ya digər dərəcədə Əlavə Dəyər Vergisinə cəlb olunmasına dair nümunələr var:

«Biz bunu araşdırırıq və güman edirəm ki, Azərbaycan üçün məqbul olan formada qərar qəbul olunacaq. Bütövlükdə Azərbaycanda vətəndaşların həm keyfiyyətli, həm də qiyməti süni surətdə şişirdilməyən dərmanlarla təmin edilməsi istiqamətində vacib işlər görülür, bundan sonra da görüləcək. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Azərbaycanın dərman bazarı sağlam meyarlar və prinsiplər əsasında fəaliyyət göstərsin».

Ötən il ölkədə hökumət dərman preparatlarının tənzimlənməsinə başlamışdı. Ancaq manatın ikinci devalvasiyasından sonra bu prosesə nəzarət etmək mümkün olmayıb, dərmanların qiymətinin kəskin qalxması ilə bağlı çoxsaylı şikayətlər eşidilir.

XS
SM
MD
LG