-
Somalinin paytaxtı Moqadişudan uçan Airbus sərnişin təyyarəsi məcburi eniş edib.
Buna səbəb təyyarədə baş verən yanğın olub. İlkin məlumatlara görə, yanğına səbəb partlayış ola bilər.
Nəticədə 1 nəfər ölüb, 2 nəfərsə yaralanıb.
Təyyarə “Daallo Airline” şirkətinə məxsusdur.
Bu barədə ölkənin Hava Nəqliyyat Nazirliyi və Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Təyyarədə heyət üzvləri də daxil olmaqla 60 nəfər olub.