-
Dəm qazı Xətai rayonunda bir nəfərin ölümünə səbəb olub.
Rayonun M.Rüstəmov küçəsində yaşayan Rəşad Əliyevlə onun həyat yoldaşı Səbinə Sübhani mənzillərində dəm qazından zəhərləniblər
APA-nın xəbərinə görə, onlar xəstəxanaya çatdırılsalar da, R.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər S.Sübhaninin vəziyyətinin də ağır olduğunu bildiriblər.