-
Prezident İlham Əliyevin İrana səfəri çərçivəsində tərəflər arasında 11 sənəd imzalanıb. İmzalama mərasimi iki ölkə başçısının iştirakı ilə keçirilib.
APA-nın xəbərinə görə, Azərbaycanla İran arasında razılaşdırılan sənədlər aşağıdakı sahələrlə bağlıdır:
- Fövqəladə halların aradan qaldırılması və məhdudlaşdırılması;
- Gömrük, kənd təsərrüfatı və heyvandarlıq sahəsində əməkdaşlıq;
- Elektrik enerjisinin satışı haqqında çərçivə sazişi;
- Dəmiryolların fəaliyyətinin əlaqələndirilməsi haqqında çərçivə sazişi;
- Astara-Astara dəmiryol xətti və dəmiryol körpüsü əlaqəsi haqqında saziş;
- Ailə, qadın və uşaq məsələlərində əməkdaşlıq;
- Səhiyyə və tibb elmi haqqında əməkdaşlıq haqqında anlaşma Memorandumu;
- Hər iki ölkənin əmək və əhalinin sosial müdafiəsi nazirlikləri arasında anlaşma Memorandumu;
-SOCAR və İranın Milli Neft Şirkəti arasında neft və qaz sahəsində əməkdaşlığa dair anlaşma Memorandumu;
-SOCAR-la QƏDR investisiya şirkəti arasında anlaşma Memorandumu;
Prezident İlham Əliyev fevralın 23-ü səhər İrana gedib.