-
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun AFFA-nın İcraiyyə Komitəsinə namizədliyi irəli sürülüb.
Elmar Məmmədyarovun namizədliyini Ümumazərbaycan Futbolsevərlərinin İctimai Birliyi irəli sürüb.
Xarici işlər naziri ilk dəfə İcraiyyə Komitəsində yer almaq üçün mübarizə aparacaq.
Nazmizədlərin adı AFFA-nın rəsmi saytında yer alıb.
Açıqlanana siyahıda biznesmen Hafiz Məmmədovla Milli Bankın sabiq sədri Cahangir Hacıyevin adı yoxdur.
____________________________________________________________
Bunlara da bax:
-
Rusiya Azərbaycanın notasına cavab verdi
-
H.Əliyev Fondu Vatikandakı sərdabəni təmir etdirdi
-
Müxalifət liderinin sifətinə tort çırpdılar
_____________________________________________________________
“İnter”in (Bakı) fəxri prezidenti Cahangir Hacıyev hazırda həbsdədir. Hafiz Məmmədovun prezident olduğu “Bakı” klubu isə 1-ci Divizionda çıxış edir.
AFFA-nın prezidenti vəzifəsinə isə Rövnəq Abdullayevin namizədliyi irəli sürülüb. İcraiyyə Komitəsinə 10 üzv 13 namizəd arasından seçiləcək.
İcraiyyə Komitəsinə seçki martın 11-də AFFA-nın Hesabat-Seçki Konfransında keçiriləcək.
Buna da bax...