Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:14

Ayatollah Ali Khamenei seçkidə uduzub


İranda seçkilər
İranda seçkilər

-

Iranda iki gün öncə keçirilmiş parlament seçkisinin ilkin nəticələri prezident Hassan Rohani tərəfdarlarının rəqiblərini üstələdiyini göstərir.

Seçkidə əsas mübarizə Rohani və Ali dini lider Ayatollah Ali Khamenei tərəfdarları arasında gedib. İlkin nəticələr Ayatollah Ali Khamenei-nin 290 yerlik parlamentdə və ona tabe olan Ekspertlər Şurasında yerlərin əksəriyyətini uduzub.

Akbar Hashemi Rafsanjani
Akbar Hashemi Rafsanjani

​Rohani və onun müttəfiqləri, keçmiş prezident Akbar Hashemi Rafsanjani Tehranda Ekspertlər Şurasındakı səslərin əksəriyyətini qazanıb. İran paytaxtı Şuraya 16 namizəd göndərəcək. Səsləri hesablayan Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, Rafsanjani birinci, Rohani ikinci gəlir. Mühafizə Şurasının sədri, mühafizəkar dini lider Ahmat Jannati 11-ci yerdə qərarlaşıb.

İslahatçılar seçiciləri Jannatininin və daha iki ultra mühafizəçi dini xadimlər Mohammad YazdiMohammad Taghi Meshab Yazdi-nin yenidən seçilməsinə mane olmaq üçün islahatçıların koalisiyasına səs verməyə çağırmışdılar.

Ekspertlər Şurasının indiki sədri Ayatollah Yazdi 15-ci yerdə qərarlaşıb. Ayatollah Mesbah Yazdi-nin isə öz yerini itirəcəyi gözlənir. İlkin nəticələrin açıqlanmasından sonra Rohani deyib ki, onun hökuməti seçkini qazanan hər kəslə işləyəcək:

“Yarış bitdi. İranın daxili və beynəlxalq imkanları hesabına iqtisadiyyatını inkişaf etdirməsi üçün yeni səhifə açmasının vaxtıdır”- deyə o, İRNA dövlət agnetliyinə bildirib.

İranda seçkilər
İranda seçkilər

​Daxili İşlər Nazirliyi bildirib ki, Tehran və digər şəhərlərdə səslərin sayılması hələ yekunlaşmayıb. Parlament seçkisi üzrə səsvermədə islahatçılar Tehranın qanunvericilik orqanındakı 30 yerindən 29-nu qazanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, hər iki seçkidə (parlament və Ekspertlər Şurası) səsvermə hüququ olan 35 milyon iranlının 60 faizi iştirak edib. Parlamentdə 290 yer, Ekspertlər Şurasında isə 88 yer uğrunda mübarizə gedib. Hər ikisində indiyə kimi mühafizəkar qanad güclü olub. Səsvermədən əvvəl islahatçılar Mühafizə Şurasını bir çox namizədi seçkiyə buraxmamaqda tənqid etmişdi. Mühafizə Şurası seçkiyə qatılmaq istəyən 1200 namizəddən yalnız 40 faizinə “hə” demişdi.

XS
SM
MD
LG