-
Fiziki və hüquqi şəxslərin banklardakı depozit və əmanətləri üzrə əldə edəcəyi gəlirlər 3 il müddətində vergidən azad edilib.
Prezident İlham Əliyev martın 1-də bununla bağlı Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq edib.
Vergi Məcəlləsinin 102-ci maddəsinə edilən dəyişikliyə əsasən, fiziki və hüquqi şəxslərə 3 illik güzəşt tətbiq olunacaq. Güzəştlərin müddəti 2016-cı il fevralın 1-dən başlayır.