-
Türkmənistanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə verilən ənənəvi hədiyyənin növü dəyişdirilir. İndiyədək qadınlara bayram hədiyyəsi olaraq şokolad, ya da gül dəstəsi verilirdi. Ancaq Türkmənistan prezidenti bu ənənəni dəyişməyə qərar verib.
Rusiyanın «Rosbalt» xəbər agentliyi bildirir ki, prezident Gurbanguly Berdymukhammedov hər qadına 8 Mart hədiyyəsi olaraq 40 türkmən manatı (11 dollar) verilməsini istəyir. O, üç ildir ki, ənənəvi hədiyyəni pulla əvəzləyib.
«Newsweek» yazır ki, Berdymukhammedov Türkmənistanı 2006-cı ildən, ölümünə qədərə avtoritar şəxs kimi tanınan Saparmurat Niyazov-dan sonra idarə etməyə başlayıb. Berdymukhammedov öz hakimiyyətini qeyri-müəyyən vaxtadək uzatmaqdan ötrü prezidentlik müddətinin 7 ilə qaldırılması və prezidentliyə namizədlər üçün yuxarı yaş həddinin götürülməsi ilə bağlı parlamentə müraciət edib.
«ARXADAĞ» HƏDİYYƏ ÜÇÜN ƏLİNİ BÜDCƏYƏ SALIR
Dövlət mediasının «Arxadağ» adlandırdığı türkmən liderinin göstərişi ilə 2013-cü ildən Qadınlar Gününün qeyd olunması üçün mart ayında dövlət büdcəsindən qadınların əməkhaqqına 40 manat əlavə edilir. Bu vəsait 1-5 mart arası ödənilir.
11 dollar təqaüdçü qadınların pensiyasına, tələbə qızların isə təqaüdünə əlavə edilir.
NİYAZOV BAYRAMI UNUTDURMUŞDU
SSRİ dövründə 8 Mart Qadınlar Günü kimi geniş yayılan bayram Niyazov-un vaxtında «unutdurulmuşdu», əvəzində Novruz bayramı qadınlar bayramı kimi də qeyd olunurdu.
2008-ci ildə hakimiyyətə gələn Berdymukhammedov beynəlxalq bayramı bərpa etdi və 2013-cü ildə ölkənin 2.6 milyon qadın əhalisinə 40 manat hədiyyə edilməsinə göstəriş verdi.
Hazırda bir çox keçmiş sovet respublikalarında olduğu kimi, Türkmənistanda da 8 Mart rəsmi bayram kimi keçirilir.