-
AZAL-ın aşağı büdcəli brendi olan AZALJET martın 28-dən uçuşlara başlayacaq.
Bu haqda AZAL-ın mətbuat xidməti məlumat verir.
Xəbərdə bildirilir ki, AZALJET daha çox tələb olunan istiqamətlər üzrə uçuş müddəti 3 saat yarıma qədər olan reyslər həyata keçirəcək.
Bu istiqamətlərə Moskva, İstanbul, Dubay, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər daxildir. Söhbət habelə, Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortlarına uçuşlardan gedir.
Reyslər üç – «Budget», «Discount» və «Comfort» tarif kateqoriyası üzrə gerçəkləşəcək. Bu tariflər üzrə aviabiletləri martın 28-dən etibarən əldə etmək mümkün olacaq.
Biletlərin qiyməti sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə 49, gediş-dönüş isə 98 avrodan başlayacaq. Bu məbləğə bütün vergi və yığımlar daxildir.
Tariflərə yemək daxil deyil, əl yükü isə yalnız 8 kiloqramadək pulsuz ola bilər.
23 kiloqrama qədər baqaj üçün 20-25 avro əlavə ödənilməlidir.