-
AzadlıqRadiosunun «İz» proqramı bu sayını «Novruz və mədəniyyət» mövzusuna həsr edir.
Verilişin bələdçisi folklorşünas alim prof. Məhərrəm Qasımlıdır.
- Tanınmış folklorşünas üçün Novruz bayramı uşaq vaxtı nəydi, indi nədir?
- Əslində, Novruzadək neçə çərşənbə var?
- Novruz süfrəsində özgə bir ünsiyyət havası olur. Əvvəldən belə olub, yoxsa bu da tarixi bir yolun nəticəsidir?
- Novruz bayramının kökündə, mayasında xoşgörü-tolerantlıq, hamıya, hər kəsə sayğı-sevgi ruhu var. Bəs nədən bu bayramı qeyd edən xalqlar demokratik düşüncəyə istənilən dərəcədə yaxın deyillər?
- Və nəhayət, Novruz olmasaydı, mədəniyyətimiz nə itirərdi?
Martın 20-də - əziz bayram günündə saat 23-də AzadlıqRadiosunda Novruz ovqatlı bir proqramın izinə düşün.
Məhərrəm Qasımlının Novruzla bağlı çox maraqlı açıqlamaları olacaq.
Bu «İz»i itirməyin.