-
Bu il son zəng iyunun 14-də olacaq. Bu haqda Təhsil Nazirliyi xəbər verir.
Report-un xəbərinə görə, Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli qərarına bununla bağlı dəyişiklik edilib.
“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə edilən dəyişikliyə əsasən, məktəblərdə dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
"Bununla əlaqədar, "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək" - deyə nazirlikdən bildiriblər.
İndiyə qədər son zənglə bağlı tədbir adətən mayın sonunda keçirilirdi.
Buna da bax: Bakını niyə su basdı? Açıqlama (VİDEO)