-
«Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir».
Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlər açıqlamasında deyib.
APA-nın xəbərinə görə, Ali Məhkəmənin sədri eyni zamanda qeyd edib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edirlər: «Fikrimcə, vətəndaş krediti dollarda götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir».
Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə, R.Rzayev bildirib ki, bu, vətəndaşın hüququnun pozulmasıdır.
«Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir», - deyə R.Rzayev qeyd edib.