Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:37

Müdafiə Nazirliyindən Xankəndi ilə bağlı sərt xəbərdarlıq


Xankəndi
Xankəndi

-

Azərbaycanın Müdafiə Nazirliyi son bəyanatında erməni silahlı qüvvələrinə sərt xəbərdarlıq edib.

Məlumatda qeyd edilir ki, Ermənistan Silahlı Qüvvələri uğursuzluqlarının əvəzini çıxmaq üçün qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutur.

Nazirlik bildirir ki, bu da Azərbaycanı adekvat tədbirlər görməyə təhrik edir:

“Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırır.” -deyə məlumatda bildirilir.

Məlumatda deyir ki, yaşayış məntəqələrinə vurulan zərbələr dayandırılmasa Müdafiə naziri Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verib.

Bu bəyanata dərhal Yerevandan reaksiya verilib. Ermənistan Müdafiə nazirinin 1-ci müavini David Tonoyan "ATƏT sədrinin fəaliyyətdə olan nümayəndəsi Anjey Kasprşiki Azərbaycanın Xankəndinə zərbə endirmək planları barədə məlumatlandırıb."

Ermənistan Müdafiə Nazirliyinin bu məlumatını nazirliyin mətbuat katibi Arsrun Ovanisyan öz Facebook səhifəsində paylaşıb. Öz fikrini də əlavə edib: "Həsənova (Azərbaycanın müdafiə naziri Zakir Həsənov - red.) isə deyirik, bacarırsa eləsin".

Azərbaycan tərəfinin yaydığı məlumata görə, erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Ağdamda bir dinc sakin ölüb, Tərtərdə iki mülki şəxs yaralanıb.

Buna da bax: Orta məktəbi və evi "qrad"la vurublar

Orta məktəbi və evi "qrad"la vurublar
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

XS
SM
MD
LG