-
«Artıq ATƏT-in Minsk Qrupuna heç bir ümidimiz qalmayıb, onların bugünkü toplanmasından da heç nə gözləmirik».
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oktay Əsədov deyib.
O qeyd edib ki, cəbhədə baş verənlərin səbəblərindən biri də onların indiyə qədər konkret iş görə bilməməsidir: «Biz onlardan konkret həll variantını ortaya qoymalarını istəyirdik».
Bu gün ATƏT-in Minsk qrupu həmsədrləri Vyanada toplaşır. Onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.