Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:57

"Mən müharibədə ölmək istəmirəm"


Yusif Hansen
Yusif Hansen

-

"Bir xoş gün görməyən, yalnız gələcəyə ümidləri olan mənim kimi insanlara "ölün müharibədə" deyirsiz."

"O, həmin Almaniyadır ki, orada sığınacaq almaq üçün nə oyunlardan çıxırsız. Niyə unutdunuz bəs babalarımızın qanını tökənləri?!"

Yusif Hansen

Bizə müharibə lazımdır?

İllüstrasiya
İllüstrasiya

Hər dəfə atəşkəs pozulanda, gənc oğullar öldürüləndə müharibə məsələsi aktuallaşır. Ən çox da xaricdə yaşayan yerlilərimiz müharibə ilə bağlı statuslar yazır, müharibə tələb edirlər.

Siz heç bilirsiz müharibə nədir? İnsanların sevdiklərini itirməsi. Özü də gənc insanların ölümü. Bəyəm kasıb valideyn əziyyətlə uşağı böyüdür ki, getsin müharibədə öldürülsün?!

Millət bir gün ağlayan göstərəcək özünü, səhəri gün öz kefində.

Dövlət lap milyon versin ölənin ailəsinə. Pulun nə əhəmiyyəti var ki. Xərcləyirsən, çıxıb gedir. Amma ölən günahsız insan bir ömür ailəsinə sahib çıxacaqdı, ən azından.

Biz 90-cı illərin çətin vaxtlarında yarıac, yarıtox böyüyən gənclərik. Bir çoxumuz bir qarın çörəyə işləyən insanlarıq. Bizim nəyimizə gərəkdir müharibə?!

Mən müharibədə deyil, isti yatağımda ölmək istəyirəm. Söyün məni. Döyün, alçaldın. Amma vicdanım dözə bilməz 18 yaşına qədər məni kirli işlərdə işləyərək təkbaşına böyüdən qoca anamı, həyat yoldaşımı sahibsiz qoyub ölməyimə.

Bitsin artıq yer kürəsində bu müharibələr. Sevdiklərimizi itirmək qorxusu olmadan yaşayaq.

Onsuz bu günə qədər bir gün görə bilmədik. Heç olmasa bundan sonra rahat olaq.

Gəlin yüzillər öncəni xatırlayaq. Torpaq üstündə qan tökən ərəbləri, farsları, ingilisləri, fransızları.

Çıxın küçəyə və insanlardan soruşun. Görün kimsə xatırlayırmı işğalçılara qarşı azadlıq uğrunda mübarizə aparan insanların adını.

Müharibə istəmədiyim üçün məni qınayan, söyən çoxdur. Keçmişdə millətimizə qarşı törədilən hadisələri unutduğumu üzümə vururlar. Qanın qanla yuyulduğunu, intiqam almağın vacibliyini bildirirlər.

İkinci Dünya Müharibəsi
İkinci Dünya Müharibəsi

II Dünya Müharibəsində babalarımızın qanını tökən Almaniyanı xatırlayın.

O, həmin Almaniyadır ki, indi siz oraya oxumağa, yaşamağa, gəzməyə gedirsiz.

O, həmin Almaniyadır ki, orada sığınacaq almaq üçün nə oyunlardan çıxırsız. Niyə unutdunuz bəs babalarımızın qanını tökənləri?!

Bir daha yaxşı düşünün. Kimə lazımdır torpaq üstündə olan bu müharibələr. Mənim kimi günün 12 saatını bir qarın çörəyə işləyən sadə vətəndaşın nəyinə gərəkdir müharibə?!

Bağışlayın məni. Amma mən müharibədə deyil, isti yatağımda ölmək istəyirəm.

Söyün məni. Döyün, alçaldın. Amma vicdanım dözə bilməz 18 yaşıma qədər məni kirli işlərdə işləyərək təkbaşına böyüdən qoca anamı, həyat yoldaşımı sahibsiz qoyub ölməyimə.

Bağışlayın məni. Öz ölkəmdə mənim yaşda olan gənclər əylənəndə, atalarının necə qazandığı naməlum olan pulu ilə kef çəkəndə ən kirli işlərdə işləməyə məcbur olmuşam.

Mən işdə götürdüyüm iyrənc sözlərə dözməkdən xəstəliklər tapmışam. Və indi "müharibə olsun" deyə qışqırırsız. Bir xoş gün görməyən, yalnız gələcəyə ümidləri olan mənim kimi insanlara "ölün o müharibədə" deyirsiz.

İllüstrasiya
İllüstrasiya

Əlinizi vicdanınızın üstünə qoyun və düşünün. Müharibədə öldürülən oğulların ailəsinə sahib çıxmağa qadirsizmi? Yoxsa dövlətdən aldıqları 200 manatın başsız qalan ailənin dolanması üçün kifayət etdiyini düşünürsüz?

Əlinizi vicdanınızın üstünə qoyun və düşünün. Yaxşı düşünün. Müharibədən sonra işğal edilmiş ərazilərdə öz bahalı Ferrari, Mersedes, BMW, Bentley maşınlarında şütüyən zəngin övladlarının vecinə olacaqmı ölən oğulların ailələri?!

Müharibəni heç kim qazanmır. Hər iki tərəf uduzur. Qazanan isə silah istehsalçısı və satanlardır. Çünki atılan hər bir güllə onların cibini pulla doldurur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG