-
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlikdə itkin düşmüş şəxslərlə bağlı tərəflərə neytral vasitəçiliyini təklif edib.
Bunu APA-ya BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O qeyd edib ki, Komitə münaqişə tərəflərinə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün öz aktiv dəstəyini təklif edib və müvafiq hakimiyyət orqanları ilə əlaqə saxlayır.
Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhədə hərbi əməliyyatlar başlayıb. Hər iki tərəfdən ciddi itkilərin olduğu deyilir. Tərəflər aprelin 5-i saat 12:00-dan etibarən əməliyyatların dayandırılması haqda razılığa gəliblər.