Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:15

«Oğlumu gülləylə vurublar, özünü öldürməyib»


Yalçın Osmanov
Yalçın Osmanov

►“Avtomatla alnına özü necə vura bilərdi, mümkün deyil axı. İnsan avtomatı öz alnına necə tuşlaya bilər? Texniki baxımdan heç cür mümkün deyil”

Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

“Demişdilər ki, “gözlə, oğlunun ölüm səbəbləri ilə bağlı 4-5 günə özümüz sənə xəbər verəcəyik”. Mən də gözlədim, gördüm xəbər çıxmır, durub özüm getdim Tərtərə”.

Bu il aprelin 8-də Tərtərdəki N saylı hərbi hissədə xidmətdə olan oğlu 19 yaşlı Yalçın Osmanovun nəşi Qusarda yaşayan ailəsinə təhvil verilib.

Mərhum əsgərin atası Namiq Osmanov aprelin 9-da AzadlıqRadiosuna müraciət edərək bildirmişdi ki, nəşi gətirən hərbi hissə əsgərləri ölüm səbəbləri haqqında ailəyə heç nə deməyiblər.

Hələ nəşi gətirməmişdən əvvəl yerli bələdiyyədən ona zəng vuraraq “oğlun intihar eləyib, meyiti gətirirlər” deyiblər.

*Youtube Kanalımıza abunə olun - ölkədə baş verənlərdən xəbəriniz olsun

Ata mərhumun nəşinə baxanda alnında güllə yarası görüb. Oğlunun intihar etməsinə inanmayıb. Əsgərlərsə ona ölümün səbəblərini bilmədiklərini, səbəbin 4-5 gündən sonra bəlli olacağını deyərək çıxıb gediblər. 4-5 gün gözləyən ata bir xəbər çıxmadığını görüncə özü Tərtərə yola düşüb:

“Getdim hərbi prokurorluğa, öyrəndim ki, iş hansı müstəntiqdədir, getdim yanına. O da məni götürüb apardı hərbi hissəyə. Dedi, “oğlun burda qarovulda dayanıbmış. Gecə saat 1-də qarovula çıxıb, saat 2-yə 15 dəqiqə işləmiş ölü tapıblar”. Mən də dedim ki, “bunu vurublar. Avtomatla alnına özü necə vura bilərdi, mümkün deyil axı. İnsan avtomatı öz alnına necə tuşlaya bilər? Texniki baxımdan heç cür mümkün deyil. İkincisi də, oğlumun özünü öldürməsi üçün heç bir səbəb yox idi”. Dedi, “bunu hələ bilmək olmaz””.

___________________________________________________________

Bunlara da bax:
Cəbhə xətti - Talış kəndindən yeni görüntülər
Azərbaycanlılar sərhəddə 12 kilo qızılla tutuldular

___________________________________________________________

120-Cİ, YOXSA 125-Cİ MADDƏ?

Namiq Osmanovun deməsinə görə, müstəntiq ona ölüm faktı üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işi başlandığını deyib:

– Mənə dedi ki, “oğlunun ölüm işinə görə qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb”.

– Konkret hansı maddə ilə?

– 125-ci.

– 125-ci maddə Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsidir.

– Ola bilməz. Müstəntiq dedi ki, qəsdən adamöldürmə maddəsidir.

– Qəsdən adamöldürmə Cinayət Məcəlləsinin 120-ci maddəsidir.

– Belə çıxır, müstəntiq məni aldadıb.

“YENƏ ZƏNG EDƏCƏM”

Ata oğlunun ölüm işi üzrə əlaqədar cinayət işinin hansı maddəylə başlandığını dəqiqliyi ilə öyrənməkdən ötrü Bakıya – Hərbi Prokurorluğa gəlmək məcburiyyətindədir.

Atanın sözlərinə görə, Yalçın ailəsi ilə sonuncu dəfə aprelin 4-də telefon əlaqəsi saxlayıb.

Tərtərdə olduğunu, ağır döyüş getdiyini deyib. Söhbət qısa çəkib. Yalçın “yenə zəng edəcəm” deyərək telefonu qapadıb. Aprelin 8-də gündüz saat 5-də onun nəşini gətirən əsgərlər deyiblər ki, əsgər 7-dən 8-nə keçən gecə hələlik bəlli olmayan şəraitdə vurulub.

Əsgər Yalçın Osmanovun ölüm faktı ilə bağlı istintaq davam etdiyindən Tərtər Hərbi Prokurorluğundan “Qaynar xətt”ə əlavə məlumat verilməyib.

Buna da bax: AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

Əliyevlər «Panama Papers»də- [Detallar]

XS
SM
MD
LG