Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:47

Astara-Astara dəmiryoluna böyük ümidlər


Azərbaycanla Iran arasında dəmiryolunun çəkilişi
Azərbaycanla Iran arasında dəmiryolunun çəkilişi

Iranın iribnews.ir xəbər saytı İran Astarası ilə Azərbaycan Astarasını birləşdirəcək dəmiryolundan yazıb.

Gilan vilayətinin qubernatoru Mohammad Ali Najafi deyib ki, İnvestisiya layihəsinə görə, Astara çayı üzərindən çəkiləcək 80 metrlik dəmiryolu körpüsü 100 milyon dollara başa gəlməlidir. Qubernatorun sözlərinə görə, bunun çəkilməyi ilə regionda ticarət tamamilə dəyişəcək.

Xatırladaq ki, Astaraçayın üzərində tikiləcək dəmir yolu körpüsünün aprelin 20-də təməli qoyuldu.

Dəmiryolu körpüsünün tikintisinin təməli qoyulur
Dəmiryolu körpüsünün tikintisinin təməli qoyulur

Körpü İranla Azərbaycanın dəmir yollarını birləşdirəcək.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olacaq dəmir yolu körpüsünün eni 10, uzunluğu isə 82 metr olacaq.

3 aşırımlı və 4 dayaqlı körpünün üzərində hər iki istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq.

iribnews yazır ki, İran ərazisində Qəzvin –Rəşt-Astara dəmiryolunun çəkilişi isə final mərhələsindədir və onun əsas yola birləşdirilməsi gündəlikdədir.

Qubernatorun sözlərinəgörə, Azərbaycanla İranın dəmiryollarının birləşməsi Hindistandan Şimali Avropaya qədər 5200 km-lik dəmiryolu xətti yaradacaq. Bununla malların daşınmasının vaxtı indiki 45 gündən 20 günədək azalacaq.

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin dediklərini də sayt sitat gətirir ki, Astara-Astara dəmiryolunun açılışı ildə 5 milyon ton mal daşımağa imkan verəcək və gələcəkdə bu, 10 milyon tona çatacaq.

XS
SM
MD
LG