Bakıda ötən il fəaliyyətə başlamış «SuperMarket-№1» marketlər şəbəkəsinin bağlanacağı bildirilir.
Marja.az-ın xəbərinə görə, şəbəkənin artıq metronun « 20 Yanvar» stansiyası yaxınlığındakı nəhəng «Nəsimi» filialı bağlanıb.
Xəbərdə qeyd edilir ki, hazırda topdansatış şirkətləri mağazadakı mallarını geri almaqla məşğuldurlar. Şəbəkənin «Nəsimi» filialı həm «SuperMarket-№1»in, həm də Bakının ən böyük supermarketlərindən biri hesab olunurdu.
«SuperMarket-№1»lərin olimpiya çempionu Elnur Məmmədliyə məxsus olduğu bildirilirdi. İdmançının özü də «SuperMarket-№1»lərin ona məxsus olduğunu təsdiq etmişdi.
«SuperMarket-№1» marketlər şəbəkəsində 500 nəfərdən artıq işçinin çalışdığı söylənirdi.
Bir neçə gün öncə Bakıdakı iri marketlər şəbəkəsindən olan "Rahat Market"-in də 10 şöbəsini bağladığı deyilirdi.
Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında izləyin: