Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:48

Zaqatalada evi qəzalı qalanlar var


Qəzalı ev.
Qəzalı ev.

-

«Əlillik pensiyamla ünvanlı sosial yardımı üst-üstə toplayıb eyvanın, mətbəxin, oturduğumuz otağın divarlarının çatlarını birtəhər divar kağızı ilə örtmüşəm».

2012-cu il mayın 7-də səhər saatlarında Azərbaycanın şimal-qərbində – Zaqatalada 7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət həm rayon mərkəzində, həm də kəndlərdə çoxlu dağıntılar törədib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bir neçə dəfə əraziyə səfər edib, evi dağılmış sakinlərlə görüşüb, zərər çəkmiş evlərin bərpasına, təmirinə görə tapşırıqlarını verib.

«4 İLDİR, EYNİ SÖZÜ EŞİDİRİK»

Ancaq şəhərin Çingiz Mustafayev küçəsinin sakinləri deyir, 2 gün əvvəl hadisənin 4-cü ili başa çatsa da, bu küçədə zərər çəkmiş mənzillərin heç birinə yardım göstərilməyib. Məsələn, İlqar İsmayılov küçədəki 7 saylı binada yaşayır. Zəlzələnin fəsadı bu ikimərtəbəli binadan da yan ötməyib. İlqar İsmayılovun evinin divarları və tavanı cadar-cadar olub. 4 ildir ki iki uşağı və həyat yoldaşı ilə qəzalı evdə yaşamaq məcburiyyətindədir. Bu şəraitdə yaşamaqsa ikinci qrup əlil kimi səhhətinə də təsirini göstərməkdədir:

Zaqatalada evi qəzalı qalanlar var - İlqar İsmayılov
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Qəzalı ev.
Qəzalı ev.

«Divarlar partlayıb, aralanıb, tavan da həmin vəziyyətdədir. Özüm qəza nəticəsində əlilə çevrilmişəm. Uşaqları da bu şəraitdə böyütmək çətindir. 4 ildir ki müraciət etmədiyimiz yer qalmayıb. Hara gediriksə, bizi Fövqəladə Hallar Nazirliyinin «Qaynar xətt»inə yönəldirlər. Ora da zəng vururuq, kompüterə baxıb deyirlər ki, «mənziliniz icbari təmirdədir». Yəni ki, nə vaxtsa təmir olunacaq. 4 ildir eyni sözü eşidirik».

İlqar İsmayılovun deməsinə görə, Çingiz Mustafayev küçəsində bir neçə ikimərtəbəli bina da var ki, həmin binalardakı 70-80 mənzil qəzalı vəziyyətdədir:

«Bu 70-80 ailənin, deyək ki, bir 10 faizinin imkanı çatıb, öz mənzilində təmir-bərpa işləri görüb. Ancaq bu küçədə yaşayanlar, əsasən, kasıb təbəqədir. Hansı evin qapısından keçsəniz, divarı, tavanı adamın üstünə gəlir».

«NAZİRİ DƏ EŞİDƏN YOXDUR»

Küçədəki 6 saylı binanın sakini Heydər Cəfərov AzadlıqRadiosuna danışır ki, təqribən iki il əvvəl Kəmaləddin Heydərov Əliabad kəndində vətəndaşların qəbulunu keçirəndə, onlar da dərdlərini nazirə çatdırıblar:

Qəzalı ev.
Qəzalı ev.

«Yanındakılara tapşırıq verdi ki, evlərimiz tezliklə təmir olunsun. Ancaq heç nazirin sözünü də saya alan olmadı. Otaqlarımın divarları, tavanı qırıq-qırıqdır. Düzəltməyə imkanım yoxdur».

Zaqatala rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, 4 il əvvəlki zəlzələdən zərər çəkmiş yüzlərlə ev təmir olunub, tamamilə dağılmış evlərin yerində yenisi tikilib:

«Əsasən kəndlərdə çox dağıntılar vardı. İnsanlar çadırlarda qalırdı. Elə həmin vaxt Fövqəladə Hallar Nazirliyi ilə bizim qurum birgə komissiya yaratdı, həmin evlər siyahıya alındı. Dağılmış evlərin yerində yeniləri tikildi. İşlərin xeyli hissəsi geridə qalıb. Siyahıdakı evlərin təmirini də nazirlik həyata keçirir. Həmin vətəndaşlar yenə də yazılı şəkildə həmin quruma müraciət etsinlər».

XS
SM
MD
LG