-
Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiyasının iştirakı ilə irimiqyaslı taktiki təlimlər keçirilib.
Mayın 17-dən 19-dək "Ağgöl" səhra təlim mərkəzində keçirilən təlimlər "Azərbaycanın dövlət sərhədini pozaraq hücuma kecmiş düşmən qüvvələrinin hücumunun qarşısının alınması, əks həmlədən hücuma keçərək düşmən qüvvələrinin məhv edilməsi və dövlət sərhədinin bərpa edilməsi"ni hədəfləyib.
Bu barədə Trend-ə DSX-nın Mətbuat mərkəzindən məlumat verilib.
Döyüş atışlı təlimlərin üçüncü mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib.
Təlimlərdə döyüş əməliyyatları zamanı helikopterlər vasitəsilə döyüş bölgəsinə əlavə qüvvələrin çatdırılması, yaralıların təxliyə edilməsi, sıradan çıxmış avtomobil və zirehli texnikaların təmir-təxliyə qrupu tərəfindən döyüş sahəsindən çıxarılması elementləri də işlənilib.
Təlimlərdə zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları həyata keçirilib.
Təlimdən çəkilmiş videogörüntülər: