Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:49

Məscid, kilsə, sinaqoq bir binada- [Video]


"Tək olanın evi" maketi
"Tək olanın evi" maketi

►İmam deyir, tikiləcək ibadət evi fərqli mədəniyyətlərin bir-birindən öyrənə biləcəkləri yer olacaq

Berlində dünyada ilk ümumi ibadət evinin tikilməsi üçün hazırlıq işlərinə başlanıb.

"House of One" ("Tək olanın evi") adlanan bu mərkəzdə eyni zamanda həm yəhudilər, həm müsəlmanlar, həm də xristianlar ibadət edə biləcəklər.

İbadət evi Berlinin ilk kilsəsi olan Petrikirchenin yerində tikiləcək. Binanın tikintisinə gələn il başlanılacaq.

*Televiziyalar göstərmir? Biz göstəririk! Youtube Kanalımıza abunə ol, izlə

Bu təşəbbüsü irəli sürən qrupun təşkilatçılarından biri ravvin Tovia Ben Chorin deyir ki, Berlin 20-ci əsrdə qaranlıq tarixi dövrlərdən keçsə də, hazırda bir tolerantlıq mərkəzidir.

"Bir yəhudi kimi bu şəhər məndən ötrü həm yaralar şəhəri, həm də möcüzələr şəhəridir. Bu yerdə biz yəhudilərin sistemli qətliamı planlaşdırılmışdı. Ancaq buna cavab da bu şəhərdən gəldi," - Ben Chorin deyir.

Onun sözlərinə görə Berlin mədəni inteqrasiya və dini tolerantlığın modeli ola bilər.

"Bu bir multikultural şəhərdir. Bu ideya bütün dünyaya yayılacaq."

İmam Kadir Sanci isə deyir ki, bu layihə müsəlmanları dünyaya sülhpərvər insanlar kimi tanıdacaq. Onun sözlərinə görə, tikiləcək ibadət evi həm də fərqli mədəniyyətlərin bir-birindən öyrənə biləcəkləri yer olacaq.

____________________________________________________________

Bunlara da bax:
Fərəc Kərimlinin cəzası azaldıldı
Mobil proqram riyaziyyat misallarını həll edir

____________________________________________________________

Memar Wilfried Kuehn deyir ki, binanın içərisindəki üç ibadətgahın hər biri eyni ölçüdə, lakin təmsil etdiyi dini inancın xüsusiyyətlərinə görə müxtəlif formalarda olacaq.

"Məsciddə və sinaqoqda iki, kilsədə isə bir mərtəbə olacaq. Kilsədə orqan olacaq. Məsciddə isə ayaqları yumaq üçün yerlər var," deyə o bildirib.

Kuehn və onun memarlar komandası bu məkanın dizaynı üçün araşdırma aparan zaman gözlədiklərindən daha çox oxşarlıqlar aşkar ediblər.

Keçmişdə də fərqli dinlər eyni binalardan ibadət yeri kimi istifadə ediblər. İspaniyanın cənubundakı məscidlər xristianların qələbəsindən sonra kilsəyə çevrililb. Türkiyədə isə kilsələr məscidə çevrilib.

Ancaq yeni layihə bunlardan tam fərqlidir. Burada eyni zamanda üç dini inancın daşıyıcılarının bir dam altında ibadət edəcək.

XS
SM
MD
LG