Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:50

Qiyasın anası: «Axır ki, görüş alındı»


Qiyas İbrahimov
Qiyas İbrahimov

-

İyunun 2-də həbsdə olan gənc fəal Qiyas İbrahimov anası ilə görüşüb.

Bu haqda AzadlıqRadiosuna Qiyas İbrahimovun anası Şura İbrahimova məlumat verib:

«Axır ki, görüş alındı. Yarım saata yaxın görüşdük. Darıxdıran, tələsdirən də olmadı. Şükür Allaha, Qiyas yaxşıdır, hamıya salam deyir, sağlamlığı yerindədir. Polisdəki kimi zorakılıq, işgəncə yoxdur. Ona kitab aparmışdım. Orda çoxlu kitab oxuyur. Yenə kitab istədi, hamıya da salam söylədi, təşəkkür elədi».

Şura İbrahimova növbəti görüşlərdə də çətinlik olmayacağına ümid etdiyini bildirir.

Bundan əvvəl gənclərə ailələri ilə görüş verilmirdi. Vəkillər və media işə qarışandan sonra görüş baş tutub.

Bayram Məmmədovla Qiyas İbrahimov mayın 10-da qanunsuz narkotik dövriyyəsi ittihamı ilə saxlanılıblar. NİDA Vətəndaş Hərəkatı onların keçmiş prezident Heydər Əliyevin heykəlinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb. Onlar haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib .

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunması barədə bəyanatlar yayıblar. «Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı gəncləri vicdan məhbusu sayır.

Hər iki gənc onlara işgəncələr verildiyini bildirib. Rəsmi dairələr bu iddiaları təkzib edir.

XS
SM
MD
LG