Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:13

Azərbaycanda dərman istehsal edən zavod tikiləcək


Dərman
Dərman

Azərbaycanın “Vita-A” investisiya şirkəti və Rusiyanın “R-farm” şirkəti arasında əczaçılıq istehsalının təşkil edilməsi haqqında memorandum imzalanıb. AZƏRTAC xəbər verir ki, memarandum Bakıda keçirlən Azərbaycan-Rusiya biznes forumunda imzalanıb.

Rusiya medaisının məlumatına görə, müştərək müəssisənin səhmlərinin 10 faizi Azərbaycan şirkətinin payına düşəcək.

Azərbaycanda ilk olacaq bu kompleks istehsal, laboratoriya və logistika hissələrindən ibarət olacaq. Zavod onkoloji, hematoloji, otoimmün endokrin, SPİD, müxtəlif növ viral hepatit kimi xəstəliklərin müalicəsi üçün dərmanlar istehsal edəcək.

Layihənin reallaşması üçün 70 milyon avro investisiya qoyulacaq.

RUSİYA KAPİTALI

Bakıdakı Biznes-forum çərçivəsində isə Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair daha bir neçə sənəd imzalanıb.

“Azərbaycanda Rusiya kapitalına əsaslanan 600-ə yaxın müəssisə qeydiyyata alınıb. Rusiya Azərbaycan iqtisadiyyatına təxminən 3 milyard dollar həcmində sərmayə yatırıb. Rusiya iqtisadiyyatında Azərbaycan investisiyalarının payı isə 1 milyard dollar təşkil edir”.

Bu sözləri isə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda söyləyib.

Nazir müavini bildirib ki, 2015-ci ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcmi 1,9 milyard dollar olub. Bu ilin dörd ayı ərzində isə bu göstərici 470 milyon dollar təşkil edib.

XS
SM
MD
LG