-
Ermənistan prezidenti Serzh Sarkisyanın Sankt-Peterburqa son səfəri zamanı Rusiyanın Ermənistana silah satması barədə razılıq əldə olunub.
Bu barədə Ermənistanın hakim Respublikaçılar partiyasının mətbuat katibi, ölkə parlamentinin vitse-spikeri Eduard Sharmazanov məlumat verib.
"Biz rəsmi Moskva ilə münasibətlərimizi vaxtında dərinləşdirməliyik. Həm silahlanma, həm də strateji müttəfiqlik münasibətləri baxımından ...razılaşmalar əldə olunub," -Sharmazanov deyib.
Xatırladaq ki, Ermənistan prezidenti Serzh Sarkisyan bazar ertəsi Sankt-Peterburqda üçtərəfli görüşdən başqa Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş də keçirib və danışıqlar aparıb.