Fransa yığmasının yarımmüdafiəçisi Paul Pogba İslandiya üzərində qələbədən sonra Almaniya ilə yarımfinal oyununun çox çətin olacağını deyib.
«Yuventus»un xavbeki həmçinin Almaniyaya məğlubiyyətdən sonra Turin klubunun və İtaliya yığmasının qapıçısı Gianluigi Buffon-un göz yaşlarına baxmağın onun üçün çox ağır olduğunu vurğulayıb:
«Yarımfinal elə yarımfinaldır, İtaliya və Almaniya eyni dərəcədə çətin rəqiblərdir. Buffonu gözüyaşlı görmək çox ağır idi. Onun ağladığını görəndə ürəyimə ağırlıq çökdü. Buffon gözəl qapıçıdır, komandası üçün hər şey etdi. İtaliya yaxşı oynasa da, uduzdu – futbolun qaydası belədir. Heyf ki italyanlar mübarizəni dayandırdı – onların bir çoxu ilə eyni klubda oynayıram» .