Fransa-İslandiya oyunu (5:2), hələlik, turniri birbaşa stadionda izləyənlərin ən çox toplaşdığı oyundur. İyulun 3-də Sen-Denidəki «Stad de Frans»a 76 min 833 azarkeş gəlib. Bu, stadiondakı yerlərin 96 faizinin tutulması deməkdir.
Bu matçadək seyrçi rekordu 1/8 finalın İtaliya ilə İspaniya arasında keçirilən oyun idi - stadiona 76 min 176 azarkeş gəlmişdi.
Xatırlatma yerinə düşər ki, yarımfinalda Uelslə Portuqaliya, Fransa isə Almaniya qarşılaşacaq.