Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:53

Çörəyi çörəkdən çıxanlar: Hansı zavodun işi 'yağ kimi gedir'?


►«№1”: «Çörəyin keyfiyyətində rəqiblərimizdən üstünük»

«Gilan Holding»in «№1» çörək zavodu bu il Bakıdakı çörək təminatı müsabiqələrinin başlıca qalibidir

İqtisadiyyat Nazirliyinin açıqladığı dövlət satınalmaları siyahısından görünür ki, Bakıdakı səhiyyə obyektlərinin 2015-2016-cı illərdə keçirdiyi tenderlərdə bir şirkət – «Xəzri TN» MMC qalib gəlib. «№1» çörək zavodu bu şirkətə məxsusdur. Şirkət «Gilan Holding»ə daxildir. Zavodda deyirlər ki, dövlət satınalmalarında üstünlük məhsulun keyfiyyəti və uğurlu logistika hesabına qazanılır.

Buna da bax: FHN “Çörəyin qiymətinə qarışmırıq” deyir, amma...

Açıq rəqabət şəraiti?

Ötən il paytaxtın 6 xəstəxanasına 449 min 128 manat dəyərində çörək satılıb. Bu ilsə 8 səhiyyə müəssisəsi və Dövlət Sərhəd Xidməti ilə 578 min 697 manatlıq müqavilələr bağlanıb.

«Xəzri TN» MMC-nin kommersiya müştəriləri şöbəsinin müdiri Vüqar Əfəndiyev AzadlıqRadiosuna deyib ki, tenderlər açıq rəqabət şəraitində keçir:

«Rəqiblərimiz çoxdur. Səhiyyə Nazirliyi sisteminə daxil müəssisələrin tenderlərində uğur qazansaq da, təhsil müəssisələrinin çörək təchizatçıları başqa şirkətlərdir».

Buna da bax: Bahalanmaların axırı hara gedir?

“Başqa çörək istehsalçıları...”

Şirkətin nümayəndəsi deyir ki, təmsil etdiyi zavod heç də bütün səhiyyə müəssisələrinin çörək təminatı ilə məşğul olmur. Məsələn, Mərkəzi Klinikanı, Onkologiya Mərkəzini, Z. Əliyeva adına Oftolmologiya Mərkəzini başqa çörək istehsalçıları təchiz edir.

Zavod 500-600 qramlıq çörəyin birini sifarişçilərə 26-28 qəpiyə çatdırır.

«Baker» markası altında çörək bişirən «Vaqa» MMC-nin satış şöbəsində AzadlıqRadiosuna deyiblər ki, şirkət Müdafiə Nazirliyinin tenderinə qatılsa da, qalib gələ bilməyib:

«400 qramlıq çörəyi 21-22 qəpiyə istəyirdilər, halbuki özümüzə 26 qəpikdən ucuz başa gəlmir».

Dövlət qurumlarına da çörək satılır

«Nadir Quliyev ad. Bakı Taxıl» ASC dövlət satınalmalarına qatılmasa da, bəzi qurumlar burada bişirilən çörəyi bəyənir. Səhmdar cəmiyyətinin satış şöbəsində deyiblər ki, ayrı-ayrı şirkətlər bağlanmış müqavilələr əsasında çörəyi onlardan alıb Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qapalı müəssisələrini təmin edir.

Söhbət ayda 150-160 ton çörəkdən gedir. Eyni qayda ilə digər dövlət qurumlarına da ayda 16-17 ton çörək satılır.

Regionlarda dövlət büdcəsindən maliyyələşdirilən qurumların çörəyə ehtiyacı, əsasən, yerli çörək zavodlarının gücü hesabına təmin olunur.

Son illər çörəyin keyfiyyətini yüksəltmək, bazarda rəqabəti artırmaq məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaiti hesabına 30-dək yeni çörək zavodu tikilib. Gündəlik istehsal gücü 825 ton olan bu müəssisələrin yaradılmasına təkcə fond hesabına 52,1 milyon manat güzəştli kredit ayrılıb.

Ötən il 5 çörək zavodu istifadəyə verilib

Fondun hesabatında deyilir ki, ötən il gündəlik istehsal gücü 43,6 ton olan 4 çörək zavodunun tikintisinə kredit verilib. Həmin il gündəlik istehsal gücü 67 ton (illik 24,4 min ton) çörəklik 5 zavod istifadəyə verilib.

Dövlət kreditlərindən yararlananlar arasında «№1» çörək zavodu da var. Gündəlik istehsal gücü 168 ton olan bu zavodun inşasına 25 milyon manat sərmayə qoyulub. Bunun 10 milyon manatı SKMF-dən götürülüb.

Buna da bax: Çörək bahalaşdı - sadə vətəndaşlar nə düşünür?

Çörək bahalaşdı - sadə vətəndaşlar nə düşünür?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

XS
SM
MD
LG