Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:42

REAL-çı gənclərə 7 sutka verildi [Video] (Yenilənib)


Toğrul İsmayılov (solda) və Elşən Qasımov
Toğrul İsmayılov (solda) və Elşən Qasımov

Elşən Qasımov da 7 sutka aldı

Avqustun 16-da REAL hərəkatının gənc üzvi Elşən Qasımov da 7 sutka inzibati həbs cəzası alıb.

Bu barədə AzadlıqRadiosunun əməkdaşı Səbail Rayon Məhkəməsindən xəbər verir.

Günün birinci hissəsi Elşən Qasımovla saxlanan REAL hərəkatının başqa bir üzvi Toğrul İsmayılov da 7 sutka inzibati cəza almışdı.

Hər iki gəncİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi- polisə tabe olmamaqda ittiham olunub.

Amma onların mənsub olduqları REAL hərəkatı gənclərin sentyabrda keçiriləcək referendumda konstitusiya dəyişikliklərinin əleyhinə təbliğat materiallarını mətbəədən götürərəkən tutulduqlarını bildirir.

Ətraflı burada oxu.

***

REAL hərəkatının 7 sutka inzibati həbs cəzası alan üzvü Toğrul İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunub. Söhbət polisə tabe olmamaqdan gedir.

Hərəkatın digər saxlanan üzvü Elşən Qasımovun isə bu saatlarda məhkəməsi gözlənilir.

***

REAL hərəkatının saxlanan gənc üzvü Toğrul İsmayılova 7 sutka inzibati həbs cəzası verilib.

Bu barədə AzadlıqRadiosunun əməkdaşı Səbail Rayon Məhkəməsindən xəbər verir.

Digər saxlanan Elşən Qasımovla bağlı isə, hələlik, məlumat yoxdur.

Məhkəmənin qarşısı
Məhkəmənin qarşısı

Tapıldılar...

REAL hərəkatının saxlanan gənc üzvləri Elşən Qasımovla Toğrul İsmayılovun Səbail Rayon Məhkəməsinə aparıldığı deyilir.

Bunu hərəkatın idarə heyətinin üzvi Rəsul Cəfərov bildirib.

«Dünəndən (avqustun 15-dən) 9-cu polis bölməsində olublar. 102 xidməti səhər hər iki gəncin valideynlərinə zəng edərək onların bu bölmədə olduqlarını deyib»,- Rəsul Cəfərov qeyd edib.

REAL-çı gəncləri tapmaq mümkün olmur... Vəkil danışır

REAL (Respublikaçı alternativ) hərəkatının üzvləri Elşən Qasımovla Toğrul İsmayılovu kimliyi bəlli olmayan şəxslərin saxladığı bildirilir.

Vəkil Elçin Sadıqov REAL-çıları axtarır
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00


Bu haqda hərəkatın idarə heyətinin üzvü Rəsul Cəfərov saxlananların yaxınlarına istinadən məlumat verib.

Onun bildirdiyinə görə, Elşən Qasımovla Toğrul İsmayılovu avqustun 15-də metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlayıblar. Gəncləri saxlayan şəxslər mülki geyimdə olublar.

Buna da naxın: Prokurorluq Natiq Cəfərlinin İlqar Məmmədovun köməyi ilə qrant aldığını bildirir (Yenilənib)

REAL-çıların hara aparıldığı bəlli deyil. Ancaq onların hansısa idarədə sorğu-sual edildiyi guman edilir. Rəsul Cəfərovun bildirməsinə görə, bu haqda Elşən Qasımov telefonla qardaşına məlumat verib və telefonu söndürməli olduğunu deyib.

Amma hələlik gənclərin yerini müəyyənləşdirmək mümkün olmur. Vəkil Elçin Sadlqov qeyd edir ki, Bakı şəhər Baş Polis İdarəsinə, Nərimanov, Səbail, Xətai rayonlarının polis idarələrinə baş çəkiblər, hər yerdən gənclərin orada olmadığını bildiriblər.

Hazırda vəkil və REAL-ın fəalları Bakıda hüquq-mühafizə orqanlarında gəncləri axtarmaqla məşğuldurlar.

Elşən Qasımovla Toğrul İsmayılov REAL hərəkatının sentyabrın 26-na təyin edilən referendumla bağlı təsis etdiyi “Respublikaçi Alternativ” Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndələridir.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

Gənclərin saxlanması ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

3 gün əvvəl, avqustun 12-də də REAL-in icra katibi Natiq Cəfərli məhkəmənin qərarı ilə 4 ay azadlıqdan məhrum edilib. O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Bu ittihamlarla Natiq Cəfərli əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

REAL hərəkatı ittihamları qəbul etmir. Natiq Cəfərlinin prezidentin göstərişi ilə həbs edildiyini bəyan edib.

Buna da baxın: NİDA-çı gənc narkotik maddə ittihamı ilə 4 aylıq həbs edilib (Yenilənib)

XS
SM
MD
LG