Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:41

Bu intihar Gürcüstanda seçki gündəmini dəyişdi


İllüstrasiya
İllüstrasiya

-

Gürcüstanda 22 yaşlı gəncin intihar məktubu ilə bağlı xəbər parlament seçkiləri öncəsi ölkəni sərt marixuana qanunlarına yenidən baxmağa zövq edib.

İddialara görə, yerli polis işçisi intihar etmiş oğlana kənddə marixuana yetişdirən insanlar barəsində məlumat almaq üçün təzyiq edirmiş.

Azadlıq Radiosu Gürcüstan xidmətinin yazdığına görə, Demur Sturua məktubunda yazıb ki, onun üçün anasını tərk etməsi ağırdır, ancaq onu döyən polisin fiziki və mənəvi işgənclərinə tab gətirə bilməyib. Sonra özünü asıb.

Avqustun 8-i baş vermiş intihar hadisəsi balaca Qafqaz ölkəsində böyük səs-küyə səbəb olub. Bəziləri bunu açıq-aşkar polis özbaşınalığı faktı kimi görür, digərləri isə narkotik maddələrlə mübarizə üçün sərt qanunlardan qaynaqlandığını düşünür.

Buna da bax: Kolumbiyada 104 kokain laboratoriyası məhv edilib

Bu hadisə parlament seçkiləri ərəfəsində siyasi don "geyindi".

Aparıcı müxalifət partiyası olan “Azad Demokratlar” parlamentə seçiləcəkləri halda narkotik maddə istifadəsinə görə cəzanın ləğvinə nail olmağa çalışacaqlar.

Partiyanın sədri, keçmiş müdafiə naziri İrakli Alazaniya deyib ki, Sturuanın ölümünün məsuliyyəti, narkotik maddələrlə bağlı yanlış siyasət yürüdən hüquq-mühafizə orqanlarının və dövlətin üzərinə düşür.

O deyir ki, narkotik maddələrin istifadəsi ilə bağlı qanunlar insan haqları və ictimai sağlamlıq yönündə qurulmalıdır.

Belə ki, yüngül narkotikmaddə istifadəçiləri buna görə həbs olunmamalı, əksinə müalicə olunmalıdır. Əvəzində narkotikin satışı üçün sərt cəzalar nəzərdə tutulmalıdır.

Buna da bax: İranda edamların səbəbi

Müxalif partiya seçki öncəsi dekriminalizasiya siyasətini seçki kampaniyasının əsəs mövzusuna çevirir. Partiyanın bundan öncəki kampaniyasının əsas mövzuzu siyasi korrupsiya və iqtisadi çətinlik idi.

Onlar həmçinin bu yöndə yeni debat açmaq istəyirlər. 2014-cü ildə Avropa ilə assosasiya müqaviləsi bağlayandan sonra, Gürcüstan hökümətləri Avropameyilli qanunların qəbuluna nə dərəcə həvəslidilər?

Fəallar deyir ki, köhnə sovet ölkələrinin çoxundan demokratikliyinə görə fərqlənən Gürcüstan narkotik maddələrin istifadəsi baxımından çox konservativ və qapalı qalır. Gürcüstan qanunlarına görə, cüzi miqdarda narkotik maddə alan və satan fərq qoyulmadan həbsə göndərilir. Onlar deyirlər ki, bu, məsələni daha da qəlizləşdirir. Belə ki, istifadəçilər həbsdən yayınmaq üçün daha təhlükəli sintetik maddələrin istifadəsinə yönlənir.

“Ağ söhbət” qeyri hökümət təşkilatı sədri Paata Sabelashvili deyir ki, Ümumilikdə 207 maddədən 147-nin ən az miqdarda istifadəsi həbslə cəzalandırılır.

Sabelashvili həm də ictimai sağlamlıq ekspertidir. O deyir ki, belə sərt cəzalar polisə imkan verir ki, şübhələndiyi hər kəsi polis bölməsinə aparıb ondan sidik analizi götürsün. Onun sözlərinə görə, hər il 60.000 adam bu analiz üçün polisə aparılır. Fəallar həm də qeyd edirlər ki, bu cür sərt cəza tədbirləri polisə narkotik maddə istifadəçilərini onlara informasiya verməyə, onlardan öz məqsədləri üçün istifadə etməyə imkan verir.

XS
SM
MD
LG