Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:38

Fermer: 'Eşidiblər pambıq əkmək lazımdır, ancaq necəsini bilmirlər'


Arxiv fotosu: Tacikistanda tələbələr pambıq tarlasında. 9 sentyabr 2004
Arxiv fotosu: Tacikistanda tələbələr pambıq tarlasında. 9 sentyabr 2004

Zərdab və Saatlı fermerləri: «Qeyri-neft sektorunu inkişaf etdirmək budursa...»

'Bunlar pambıqçılığın inkişafı adıyla heyvandarlığı məhv edirlər. Deyirlər, «prezidentin sərəncamı varsa, icra olunmalıdır». Deyirik, «a bala, məgər prezident deyib ki, get fermerin əlindən otlaq sahəsini al, şumla, yerində pambıq ək?»'

Prezidentin pambıqçılığın inkişafı ilə bağlı verdiyi sərəncam fermerlərin «başında çatlayıb»

Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı verdiyi sərəncam fermerlərin «başında çatlayıb». Zərdabda heyvandarlıqla məşğul olan bir qrup fermer AzadlıqRadiosu-na məktub göndərib ki, 60 hektar otlaq sahəsi əllərindən alınıb. Nəticədə minlərlə iri və xırdabuynuzlu mal-qara, qoyun quzu ortalıqda qalıb.

«QOYUN-QUZUNU HARDA OTARAQ?»

«İcra hakimiyyətinin başçısı fermerlərə «sərəncamdır, icra olunmalıdır» deyib, otlaq sahələrini zorla əlimizdən aldı, şumlatdırdı və pambıq toxumu səpdirdi...»

«İcra hakimiyyətinin başçısı fermerlərə «sərəncamdır, icra olunmalıdır» deyib, otlaq sahələrini zorla əlimizdən aldı, şumlatdırdı və pambıq toxumu səpdirdi. Bu proses hələ də davam edir. Onlarla fermer mal-qaranı, qoyun quzunu harada otarsın, bilmir», – bunu AzadlıqRadiosu-na fermerlərdən biri Valeh Ağaşirinov deyir.

Buna da bax:​ Fermerlərə 82 milyon subsidiya

Fermerin sözlərinə görə, icra hakimiyyəti onlara başqa yerdə sahə ayırıb ki, gedib mal-qaralarını otarsınlar. Ancaq həmin yerlər otlaq sahəsi kimi yararsızdır.

Qədir Muştaqov, Kəlbi Kəlbiyev, İlham Babayev, Tural Babayev, Rəfail Balakişiyev və daha bir neçə zərdablı fermersə yazır:

«... Qoyunçuluqla məşğul olub dövlətə vergimizi ödəyirdik. Bu ilin mayında polisləri, texnikaları, icra hakimiyyətinin işçilərini qoyun yataqlarına tökdü. «Burada pambıq əkiləcək» deyib, icarə müqaviləsi ilə istifadə etdiyimiz sahələri əlimizdən aldılar. Halbuki, özlərinin və yaxınlarının əlində minlərlə hektar sahələr var, nədənsə, öz sahələrində özlərinə arpa, buğda, yonca əkirlər, otlaq sahələrimizdə pambıq əkirlər».

«EŞİDİBLƏR Kİ, PAMBIQ ƏKMƏK LAZIMDI»

Daha bir məktub Saatlı fermerlərindən gəlib:

«Bunlar eşidiblər pambıq əkmək lazımdır, ancaq necə, – bunu bilmirlər. Harda boş torpaq sahəsi var, toxumu ovuclayıb səpirlər. Bu işlə mütəxəssislər məşğul olmalıdır. Pambıq əkmək, becərmək elə-belə iş deyil. Əvvəl torpaq toxum səpininə mükəmməl hazırlanmalıdır, münbitləşdirilməlidir. Bol məhsul götürməkdən ötrü o torpağa xeyli əvvəldən qulluq olunmalıdır. Ancaq məmurlar məsələn, «bu qədər pambıq əkildi» tipli gözdən pərdə asmaq üçün hesabatlar xatirinə gözünü yumub pulu da, toxumu da göyə sovurur».

Buna da bax:​ Bu qiymətə pambıq əkməyə dəyər?

«Bunlar eşidiblər pambıq əkmək lazımdır, ancaq necə, – bunu bilmirlər. Harda boş torpaq sahəsi var, toxumu ovuclayıb səpirlər. Bu işlə mütəxəssislər məşğul olmalıdır...»

Saatlı fermerlərini narahat edən ikinci məsələ onlarla bağlanmış müqavilələrə görədir. Fermerlər iddia edirlər ki, müqavilələr yalnız qarşı tərəfin maraqlarına xidmət edir. Üstəlik, heç bu müqavilələrin nüsxəsi onlara verilməyib:

'«CTS AQRO» M.M.C prezidentin pambıqçılığın inkişafı haqqında verdiyi sərəncam və göstərişləri sabotaj etməklə məşğuldur. Bu şirkət fermerlərlə müqavilə bağlayarkən qarşı tərəfin heç bir təklifini nəzərə almayıb, tam öz istəyinə uyğun müqavilə bağlayıb, indiyədək müqavilənin bir nüsxəsini qarşı tərəfə, yəni biz fermerlərə verməyib. Ona görə verməyib ki, müqavilədə göstərilən şərtləri pozduqda şirkəti məhkəməyə verə bilməyək'.

MÜQAVİLƏNİ DƏ ALA BİLMİRLƏR

Fermerlər yazırlar ki, ötən il şirkət müqavilə şərtlərini pozduğundan eyni səbəbdən məhkəməyə müraciət edə bilməyiblər. Müqavilənin onlarda nüsxəsi olmadığı üçün «əl-qolları bağlanıb».

Saatlı fermerlərini narahat edən ikinci məsələ onlarla bağlanmış müqavilələrə görədir.

Fermerlər bildirirlər ki, şirkətin hüquqşünası fermerləri məhkəmə ilə hədələyir və Beynəlxalq Bankdan alınmış, fermerlərə məlum olmayan istiqamətə xərclənmiş kreditləri «AQROKREDIT Bank»dan aldığı kreditlər hesabına fermerlərə ödətdirmək istəyir:

«Becərmənin qızğın vaxtında məhkəmələrə süründürmək pambıqçılığın inkişafını əngəlləməkdən başqa bir şey deyil. Bu şirkət fermerlərə vurduğu ziyana görə kompensasiya ödəməkdən yayınmaqdan ötrü belə mənasız işlərlə fermerlərin başını qatır. «AQROKREDIT Bank» fermerlərə dəstək verdiyi halda «CTS AQRO» MMC-nin rəhbərliyi buna müxtəlif vasitələrlə mane olmağa çalışır. «CTS AQRO» MMC-nin həbsxanada olan rəhbərləri Beynəlxalq Bankın vəsaitlərini şəxsi məqsədləri üçün xərcləyəndə şirkətin hüquqşünası, görəsən, niyə susurdu? Çünki, bu şirkət hələ də həbsxanadan idarə olunur».

Buna da bax:​ Subsidiya almaq istəyirsən barama istehsal elə...

«BİZİ MALİYYƏSİZ QOYDU»

Fermerlər bildirirlər ki, «AQROKREDIT Bank» kreditləri birbaşa fermerlərə verdiyindən fermerlər gübrələri və dərman preparatlarını bazar qiymətinə ala bilirlər. Şirkətsə bunları fermerlərə dəyərindən baha qiymətə satırmış. Fermerlərin fikrincə, şirkət «AQROKREDIT Bank»ın fermerlərlə birbaşa əlaqəsindən narahat olmağa başlayıb. Odur ki, fermerləri məhkəmə çəkişməsinə cəlb etməklə başlarını qatmaq istəyir:

«Ötən il şirkət iflas etdiyindən bizi maliyyəsiz qoydu və biz pambıq əkdiyimiz sahələri becərə bilmədik. Əslində, bunun bütün günahı həmin şirkətdədir».

Fermerlər bildirirlər ki, şirkət onları məhkəmə ilə hədələyir və Beynəlxalq Bankdan alınmış, fermerlərə məlum olmayan istiqamətə xərclənmiş kreditləri fermerlərə ödətdirmək istəyirlər...

İndi fermerlər dəymiş zərərə görə şirkətdən kompensasiya tələb etmək qərarına gəlib. Ancaq əlində heç bir sənəd yoxdur ki, məhkəməyə müraciət etsin.

«Qaynar xətt» suallarına «CTS AQRO» MMC-dən cavab ala bilməyib. Amma hər iki rayonun icra hakimiyyətləri ilə əlaqə saxlayıb. Zərdab rayon icra hakimiyyətindən bildiriblər ki, fermerlərə əvvəlki otlaq sahələrinə uyğun və yaxın ərazilərdə sahələr verilib. Hazırda fermerlər heyvandarlıq fəaliyyətlərini həmin sahələrdə davam etdirirlər. Rayon ərazisində pambıq əkilməsi üçün nəzərdə tutulan torpaqlar münbit vəziyyətə gətirilib və işlər davam edir.

«ŞİRKƏTDƏN SƏNƏDİ MƏHKƏMƏ YOLUYLA ALSINLAR»

Saatlı rayon icra hakimiyyətindən isə fermerlərə məsləhət var: «Müqaviləni əldə edə bilməyən fermer şirkətə rəsmi müraciət edə və sənədi əldə edə bilər. Əgər bu yolla da ala bilməsə, şirkətdən sənədi məhkəmə yolu ilə ala bilər. Burda nə var ki? Əgər şirkətlə fermerlər arasında hər hansı narazılıq varsa, Kənd Təsərrüfatı Nazirliyinə də müraciət edə bilərlər», – qurumdan bildirilib.

Buna da bax:​ Xaricdən damazlıq mal-qara gətirilməyəcək

Ötən il «CTS AQRO» MMC-nin rəhbərliyi və bir neçə əməkdaşı fermerliyin inkişafından ötrü Beynəlxalq Bankdan götürülmüş kreditləri mənimsəməkdə ittiham olunaraq həbs edilib.

Ötən il «CTS AQRO» MMC-nin rəhbərliyi və bir neçə əməkdaşı fermerliyin inkişafından ötrü Beynəlxalq Bankdan götürülmüş kreditləri mənimsəməkdə ittiham olunaraq həbs edilib.

Virtualaz.org saytı həmin vaxtlar yazıb ki, 2015-ci ildə yerli fermerlərlə MMC arasında müqavilə imzalanıb. Həmin müqaviləyə görə, fermerlər 680 hektar sahədə pambıq əkib-becərməli imiş. «CTS AQRO» MMC bankdan aldığı vəsaiti fermerlərə çatdırmalı olsa da, bunu etməyib. İlkin dövrdə fermerlərə avans şəklində 140 min manat ödənilib. Pulun qalan hissəsi sonra mərhələ-mərhələ ödənilməli imiş. Fermerlər avans alandan sonra əkini həyata keçiriblər. Lakin sonrakı mərhələlərdə pulun qalanı onlara verilmədiyindən məhsul tələf olub.

Hazırda Beynəlxalq Bankın bir neçə keçmiş rəhbər şəxsləri mənimsəmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və digər ittihamlarla mühakimə olunur. Məhkəmədə bankdan külli miqdarda vəsaitin müxtəlif layihələrə kredit şəklində ayrıldığı üzə çıxıb.

XS
SM
MD
LG