Sentyabrın 28-də günorta saatlarından başlayan yağış son 36 ilin ən güclü yağışı olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1980-ci ilin sentyabrında Bakıya 46 mm yağıntı düşdüyünü bildirir: «Ötən gecə isə Bakıya düşən yağıntının miqdarı 47 mm olub. 2013-cü il sentyabrın 23-dən 24-nə keçən gecə isə 33 mm yağıntı düşüb».
Nazirlik bildirir ki, dünənki yağışlar aylıq norma miqdarını 2-3 dəfə üstələyib.
Sinoptiklər sentyabrın 29-da yağıntılarda qısa fasilə yarandığını, amma sentyabrın 29-dan 30-na keçən gecə Bakı və Abşeron yarımadasında şimşək çaxacağını, yağış yağacağını, bəzi yerlərdə isə intensiv olacağını bildirir.