Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:05

Bu qış Bakıda çox evdə istilik olmaya bilər


Foto illüstrasiya
Foto illüstrasiya

Cari ilin 9 ayı ərzində «Azəristiliktəchizat» ASC-nin «Azəriqaz» İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 mln. 416 min manat debitor borcu yaranıb.

Bunu APA-ya «Azəriqaz» İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

Qurum rəsmisi qeyd edib ki, «Azəristiliktəchizat» ASC işlətdiyi qaz üzrə 35-38 faiz səviyyəsində ödəniş edir.

İ.Kərbəlayev debitor borcun artmasının qış mövsümündə qazanxanalara təbii qazın verilişinə necə təsir edəcəyi ilə bağlı sualı da cavablandırıb. O deyib ki, borcu olmayan qazanxanalara təbii qaz veriləcək:

«Bizdə olan məlumata görə, respublika üzrə «Azəristiliktəchizat» ASC-nin 510 aktiv qazanxanası mövcuddur. Payız-qış mövsümü başlayan zaman ilk növbədə debitor borcu olmayan qazanxanalara təbii qazın verilişi həyata keçiriləcək. Biz bu məsələ ilə bağlı dəfələrlə «Azəristiliktəchizat» ASC-yə yazılı müraciət etmişik. Lakin bir ortaq məxrəcə gəlmək mümkün olmur».

Bu xəbərdarlığa, hələlik, «Azəristiliktəchizat» ASC-dən münasibət bildirilməyib.

«Azəriqaz» İstehsalat Birliyi hələ ötən ilin noyabrında bildirmişdi ki, «Azəristiliktəchizat» ASC-nin onlara 43 milyon manat borcu var.

XS
SM
MD
LG