Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:00

Müxalifətçilərə 'Bandotdel'də barmaq silkələdilər


Arif Hacılı: 'Tələb yox, məsləhət tonunda danışdılar'
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Arif Hacılı: 'Tələb yox, məsləhət tonunda danışdılar'

Müxalifət liderləri DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb.

Arif Hacılı: 'Tələb yox, məsləhət tonunda danışdılar'

«İdarədə mənə bildirdilər ki, radikal dini cərəyanların inkişafı və onların xaricdən dəstəklənməsi ilə bağlı məlumatlar alıblar. Dedilər ki, Müsavat Partiyası nüfuzlu partiyadır, bu məsələdən siyasi məqsədlər üçün istifadə etməməlidir».

Bunu AzadlıqRadiosuna oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan Müsavat başqanı Arif Hacılı deyib.

A.Hacılının qeyd etməsinə görə, o da deyib ki, Müsavat Partiyası nizamnamə və proqramına uyğun fəaliyyət göstərir: «Dedim ki, elə cərəyanlarla, yəni guya xaricdən dəstək alan radikal dinə cərəyanlarla Müsavat Partiyasının heç bir əlaqəsi yoxdur».

A.Hacılı deyir ki, onunla tələb yox, məsləhətləşmə tonunda danışıblar.

Gözəl Bayramlı: ''Bandotdel'də dedilər bu cür statuslar yazma'
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

Gözəl Bayramlı: 'Bizi həbslə hədələdilər'

«Mənə dedilər ki, Taleh Bağırovu, Fuad Qəhrəmanlını müdafiə etmə».

Bunu AzadlıqRadiosuna oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan AXCP sədrinin müavini Gözəl Bayramı deyib.

G.Bayramlının bildirməsinə görə, idarədə ona deyiblər ki, dövlət quruluşunun əleyhinə, dini ekstremizmi müdafiə edən statuslar paylaşır: «Mən də onlara bildirdim ki, biz dövlət quruluşunun yox, bu rejimin əleyhinəyik. AXCP həmişə dövlətin yanında olub».

G.Bayramlıya görə, idarədə ona deyiblər ki, artıq parlamentdə dini ekstremizmlə bağlı bir sıra qanunlar sərtləşdirilir. Həmin dəyişikliklər onları məsuliyyətə cəlb etməyə imkan verəcək: «Bir sözlə, bizi həbs etməklə hədələdilər. Mən də dedim ki, biz bu yolu tutmuşuqsa, hər şeyi göz önünə almışıq. Bizim fəaliyyətimiz sırf hüquq çərçivəsindədir».

'Bandotdel'də olan Nurəddin Məmmədli: 'Statuslarımla maraqlandılar...'
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Nurəddin Məmmədli: 'Statuslarımla maraqlandılar...'

«İdarənin rəis müavini və istintaq şöbəsinin rəisi ilə görüşüb, söhbət etdim. Söhbət əsasən mənim bəzi (Facebook) statuslarımla bağlı oldu. Onlar sübut etməyə çalışdılar ki, həmin statuslarda dini ekstremizmi müdafiə etmişəm».

Bunu oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli Azadlıq Radiosuna deyib.

N.Məmmədli qeyd edib ki, o deyilənlərlə razılaşmayıb: «Mən də onlara sübut etməyə çalışdım ki, heç də o statuslarda dini ekstremizm müdafiə edilməyib. Mən Azərbaycanda zorakı metodlara, mübarizənin qeyri-hüquqi müstəvidə aparılmasına qarşı çıxan bir siyasətçiyəm. Dəfələrlə bu mövzuda yazıb bildirmişəm ki, dini ekstremizm Azərbaycan dövlətinə ən böyük təhlükədir».

N.Məmmədli Nardaran hadisələri ilə də bağlı fikirlərini çatdırıb: «Bütün səylər ona yönəlmişdi ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasını ekstremist qruplarla bağlayıb, ondan qisas alsınlar. Ancaq Taleh Bağırov buna imkan vermədi. Əsl din xadimi kimi öz iradəsini ortaya qoydu».

Eldəniz Quliyev: "Dedim ki, Nardaran əməliyyatı qeyri-peşəkar olub"
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Eldəniz Quliyev: 'Hələlik şifahi xəbərdarlıq etdilər'

«İctimai-siyasi fəallığım, dini etiqadlı insanları müdafiə etməyim, sosial şəbəkələrdə yazılarım əsas müzakirə obyekti oldu».

Bunu oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev bildirib.

E.Quliyevin deməsinə görə, idarə təmsilçiləri ondan ictimai-siyasi fəallığı azaltmağı tələb ediblər.

Koordinasiya Mərkəzinin üzvü bildirib ki, dini inanclı insanları müdafiə etməsi də idarənin narazılığına səbəb olub: «Mən də dedim ki, hər bir insanın etiqad azadlığı var. Bununla bağlı dövlət adına qanun fəaliyyət göstərir. Bizlər də ictimai nəzarət funksiyasını yerinə yetiririk».

E.Quliyev deyib ki, yazılarında hakimiyyətə sərt mövqe tutması da müzakirə edilib. Hətta ona bildirilib ki, bu yazılarda cinayət tərkibi var: «Hələlik şifahi xəbərdarlıq etdilər. Fikrimcə, bu profilaktik məqsədli söhbət idi, gələcəyi isə görərik».

Oqtay Gülalıyev: 'İşarə etdilər ki...'
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Oqtay Gülalıyev: 'İşarə etdilər ki...'

«Əsasən mediada «Nardaran hadisələri» ilə bağlı açıqladığım məsələlər ətrafında müzakirələr oldu».

Bunu AzadlıqRadiosuna oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan hüquq müdafiəçisi, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev bildirib.

Onun deməsinə görə, idarə əməkdaşları siyahının mətbuatda açıqlanmasına, işgəncə olması haqda yazılanlara narazılıq ediblər.

O.Gülalıyev deyib ki, hətta işgəncə ilə bağlı yazdıqları idarənin nüfuz və imicinə zərbə kimi dəyərləndirilib: «Məndən tələb edilən o idi ki, ictimai-siyasi fəallığı dayandırım. Bunu özümə qarşı xəbərdarıq kimi dəyərləndirirəm. Həm də işarə etdilər ki, bu fəallığı dayandırmadığım halda, daha ciddi nəticələr ola bilər».

O.Gülalıyev oktyabrın 13-də «Siyasi Məhbuslarsız Azərbaycan» təşkilatının «Nardaran işi» ilə bağlı həbs edilən şəxslərin siyahısını paylaşıb.

Həmin sənəddə bildirilir ki, ötən il noyabrın 26-sı Nardaranda baş verən hadisələrlə bağlı ümumilikdə 200-dən çox şəxs saxlanıb. Onların bir hissəsi inzibati cəzalara məruz qalıb, 87 nəfər barəsində cinayət işi açılıb və onlar həbs olunublar. Sənəddə həbs edilənlərə ifadə almaqdan ötrü ağır işgəncələr verildiyi də bildirilirdi.

Üstəlik, həbs olunanların hamısı siyasi məhbus hesab edilirdi.

XS
SM
MD
LG