Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:45

ÜDM də azalır, vətəndaşların gəliri də...


"İnam". Şerif. Karikatura.
"İnam". Şerif. Karikatura.

Bu ilin yanvarından bəri Ümumi Daxili Məhsulla (ÜDM-lə) bağlı açıqlamalar hər ay eyni sözlə bitir: azalma var.

Sentyabrda da belə oldu – ÜDM 4 faiz azaldı. Bəs bu iqtisadi göstəricinin azalıb-artması sadə vətəndaşa nə deyir? Tutalım, çayçı və ya dükançıdan, ya da müəllim, yaxud həkimdən ötrü ÜDM-in azalması nə anlama gəlir?

Buna da bax:​ ÜDM arzusu suya düşdü

Məlumdur ki, ÜDM bəlli dövr boyunca istehsal olunan mal və xidmətlərin cəmidir. Keçmişdə buraxılan məhsullara aid sövdələşmələr ÜDM-də əksini tapmır. Dövr deyərkən, adətən, il və ya rüblər nəzərdə tutulur. İqtisadiyyatda ümumi gəlir və əməkhaqqı səviyyəsi birbaşa ÜDM-in səviyyəsindən asılıdır. ÜDM iqtisadiyyatda ilboyu yaranan əlavə dəyərdir. Bu göstəricinin gəlirlər üzrə strukturuna sahibkarlıq gəlirləri (mənfəət, faiz, icarə gəlirləri), muzdla çalışanların gəlirləri (əməkhaqqı) və hökumətin gəlirləri (vergilər) daxildir. Başqa sözlə, ÜDM-nin həcmi dəyişdikcə, sahibkarın da, muzdlu çalışanın da, hökumətin də gəlirləri dəyişir.

“ÜDM-də azalma gözlənilən idi”

İqtisadçı ekspert Vüqar Bayramov öncəliklə onu qeyd edir ki, ÜDM-də azalmanın olması gözlənilən idi: “Çünki neftin qiyməti ucuz qalmaqdadır və inşaat sektorundakı geriləmə meyli davam edir. Ümumiyyətlə, ÜDM-də son aylar müşahidə edilən azalma birbaşa inşaat sektorundakı geriləmə ilə bağlıdır”.

Buna da bax:​ Neft azalır, dərdləri artır...

Ekspert bildirir ki, ÜDM-dəki azalma həm ölkədə yaradılan yeni dəyərə, həm də maliyyə imkanlarına təsir göstərir: “Bu baxımdan, Azərbaycandan ötrü ÜDM-dəki azalma arzulanan deyil. Amma neftin ucuzlaşması və mənzil bazarındakı durğunluq səbəbindən inşaat sektorunda gözə çarpan geriləmə ÜDM-dəki azalmaları qaçılmaz edib. ÜDM-in 65,7 faizinin qeyri-neft sektorunun payına düşdüyü də nəzərə alınsa, inşaat, xidmət və digər sektorların durumu birbaşa ÜDM-dəki dəyişikliklərə təsir göstərir”.

V. Bayramovun sözlərinə görə, "ÜDM azalırsa, deməli, iqtisadiyyatda yaranan yeni dəyər aşağı düşür və bu, iş yerlərinin sayına, məşğulluğa təsir göstərir. İnşaat sektorundakı azalma bu sahədə çalışanların sosial durumunu pisləşdirməkdədir. Bu baxımdan, ÜDM-dəki hər hansı dəyişiklik istər dövlət, istərsə vətəndaşlar üçün əhəmiyyətlidir".

Buna da bax:​ İxrac yarım milyard dollardan çox azalıb

“Ölkə tək bir faktordan - neftdən ciddi asılıdır”

Başqa bir ekspert - Natiq Cəfərli də sentyabrda ÜDM-in 4 faiz azalmasını ölkənin tək bir faktordan - neftdən ciddi asılılığına sübut sayır: “Azərbaycan bu asılılıqdan qurtula bilmir, bunu bacarmır”.

N.Cəfərli bildirir ki, ÜDM-in azalması sadə vətəndaşlara iqtisadi fəallığın, ticarət dövriyyəsinin, iş yerlərinin və fərdi gəlirlərin azalması ilə təsir edir: “Yəni, ölkədə ÜDM azalırsa, deməli, iqtisadi aktivlik azalır, iqtisadi aktivlik azalırsa, deməli, iş yerləri və gəlirlər azalır”.

XS
SM
MD
LG