Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:31

UNESCO: 'Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb'


Bakının bu yerləri hər yağış yağanda su altda qalacaq
Gözlə

No media source currently available

0:00 0:15:04 0:00

Bakının bu yerləri hər yağış yağanda [video]

Ötən onillikdə 700 jurnalist peşə fəaliyyətinə görə öldürülüb. Bu cinayətlərin 10-dan 9-u cəzasız qalıb. Noyabrın 2-si "Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü" kimi qeyd edilir.

UNESCO öz hesabatında xəbərdarlıq edir ki, cəzasızlıq insan haqlarını kobud şəkildə pozmaqla, korrupsiya və cinayətlərə yol açmaqla bütövlükdə cəmiyyətləri məhvə aparır. Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb:

"2006-cı ildə Monitor jurnalının təsisçisi və Baş redaktoru Elmar Hüseynov evinin qarşısında qətlə yetirilib. Başqa bir - yazıçı, jurnalist Rafiq Tağı isə evinə gedərkən yolda bıçaqlanıb, xəstəxanada keçinib. Ötən ilsə jurnalist Rasim Əliyev futbolçu Cavid Qurbanov haqda Facebookda yazdığı statusdan sonra futbolçunun yaxınları tərəfindən döyülüb, onun da həyatını xilas etmək mümkün olmayıb. Başqa bir jurnalist Aqil Xəlil zeytun bağları haqda fotolar çəkəndən sonra döyülüb, sonra bıçaqlanıb, ardınca da metroda gözləyərkən, tanımadığı şəxs onu qatarın altına itələməyə cəhd edib. Bundan sonra həyatına təhlükə olduğundan ölkəni tərk etməli olub. Özəlliklə, prezident ailəsinin qanunsuz biznesləri haqda araşdırmalarından sonra jurnalist Xədicə İsmayılova yataq otağına gizli yerləşdirilən kamera ilə çəkilən görüntülərlə hədələnib. Araşdırmalarını dayandırmasa, görüntülərin yayılacağı ilə şantaj olunub. Döyülən, hədələnən, sıxışdırılan jurnalistlərlə bağlı siyahını artırmaq da olar.."

Buna da bax:​ Xədicə İsmayıl UNESCO-nun Media Azadlığı Mükafatını alır

"Azərbaycanda jurnalistləri təkcə öldürmürlər..."

Bu cinayətləri törədənlərin çoxu hələ də cəzalandırılmayıb. Müstəqil jurnalist Aynur Elgünəş isə bu yaxınlarda ölümlə hədələnib. O düşünür ki, Azərbaycanda jurnalistlər daim təhlükə ilə üz-üzədir:

"Biz elə bir ölkədə yaşayırıq ki, tənqidi jurnalistika ilə məşğul olanlara qarşı hər an təhlükə var. Sabah nə olacağını heç allah belə bilmir. Yəni, bir saat sonra səni hansı təhlükənin gözlədiyini bilmək belə olmur. Hər an biz belə təhlükəni hiss edirik".

Buna da bax: Vəkilin şəxsi fotolarının yayılması nə deməkdir?

Aynur Elgünəş əlavə edir ki, Azərbaycanda jurnalistlər yazdıqlarına görə təkcə öldürülmür, ya da hədələnmir. Həm də saxta ittihamlarla həbs oluna, cinayət məsuliyyətinə cəlb edilib, sıxışdırıla bilər.

Cinayətlər niyə cəzasız qalır?

Qətllər, şantajlar, hədələr... siyahını uzatmaq da olar. Bəs, bu cinayətlər niyə cəzasız qalır? Ayna-Zerkalo qəzetlərinin redaktoru Elçin Şıxlı deyir ki, Azərbaycanda hüquq-mühafizə orqanları bu cinayətləri aşkarlaya bilərdi. Amma bunda maraqlı deyil. Elçin Şıxlı 2004-cü ildə müxalifətin aksiyalarından birində döyülən həmkarı ilə bağlı faktı misal çəkir.

Buna da bax:​ Jurnalistlərin təhdidi pislənir

«"Zerkalo”nun işçilərindən biri - Fərid Teymurxanlı aksiya zamanı döyülmüşdü. Deyirdilər ki, biz heç nə etməmişik yaxşı ki, Exo-dan fotoqraf həmkarımız hadisənin fotolarını çəkmişdi. Fotolarda Fəridin 6 nəfər tərəfindən döyülməsi görünürdü. Bundan sonra nazirin də işə qarışması nəticəsində cəmi bir nəfər işdən çıxarıldı. Sonrası necə oldu bilinmir».

Hökumət rəsmiləri Azərbaycanda medianın durumu haqda səslənən iddialarla razılaşmır. Cəzasız qalan cinayətlərə gəldikdə isə bununla bağlı araşdırmalar aparıldığını bildirirlər.

Bu arada «Sərhədsiz reportyorlar» təşkilatı da «Mətbuatın düşmənləri» adlanan siyahısını açıqlayıb. Siyahıya Azərbaycan prezidenti İlham Əliyevin də adı salınıb. Hesabatda deyilir ki, Azərbaycan hökumətini tənqid edənlər polis və təhlükəsizlik orqanlarının təqibinə məruz qalır. Bundan ötrü şantajdan, jurnalistlərin şəxsi həyatına aid videoçəkilişlərdən, vergi ödənişindən yayınma, narkomanlıq və xuliqanlıq ittihamlarından istifadə olunur.

Buna da bax:

Elmar Hüseynov öz evində yad edildi
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00
Direct-ə keçid

XS
SM
MD
LG