Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:39

ABŞ səfiri ölkəsindəki prezident seçkilərindən danışdı


Robert Cekuta
Robert Cekuta

ABŞ-da keçirilən prezident seçkilərini dəyərləndirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta bildirib ki, demokratiya yalnız seçki hüququ demək deyil:

«Demokratiya debatlar, insan hüquqlarına hörmətdir. İnsanların öz aqibətləri, ölkələrinin gələcəyi haqqında düşünüb, demək istədiklərini demələridir. Onlara bu fürsətin verilməsidir. Eyni zamanda liderlərin həmin insanların fikirlərini dinləməsidir».

Sekuta bildirib ki, bütün ölkə boyu seçkiləri izləyəndə rəqəmlərin başabaş-yaxın olduğunu gördük və bu o deməkdir ki, demokratiyada hər bir vətəndaşın səsi çox vacibdir.

Donald Trampın seçiləcəyi halda onun Cənubi Qafqaz siyasətinə gəldikdə isə səfir deyib ki, gələcək administrasiyanın işi barədə qabaqcadan heçnə deyə bilməz.

Səfir qeyd edib ki, namizədlər seçkiqabağı müxtəlif bəyanatlar verir, amma seçildikdən sonra yeni vəziyyət onları öz çıxış və baxışlarında dəyiuşikliklər etməyə vadar edir.

Səfir sonda bildirib ki, bundan əvvəl 25 il ərzində müxtəlif prezidentlərin vdövründə təhlükəsizlik, enerji, demokratiya, insan haqları və qanunun aliliyi sahəsində ikitərəfli münasibətlərdə mövcud olan prinsiplər yenə önəmli olacaq, amma yenə də yeni administrasiyanın adından çıxış edə bilməz.

ABŞ səfiri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala da cavab verib. R.Cekuta deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur: «Həmsədrlər münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar tərəfləri bir araya gətirmək üçün səylərini davam etdirirlər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri və prezidentlərinin görüşünü təşkilindən ötrü səylər davam etdirilir. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Buna görə də, məhz sülh yolu ilə münaqişənin həllinə nail olmaq üçün tərəflər bir araya gəlməlidirlər. Bu, çox vacibdir. Həm azərbaycanlılar, həm ermənilər bu münaqişənin, belə bir vəziyyətin həddən artıq uzun müddət davam etdiyi fikri ilə razıdırlar. Sülh yolu ilə irəliləyişin və nizamlanmanın əldə olunması üçün tərəflər tez bir zamanda bir araya gəlməlidirlər».

XS
SM
MD
LG