Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:47

Vəkil: 'Hakim şəkəri qalxan Çovdarova 'şərbət verin içsin' deyib'


Akif Çovdarov
Akif Çovdarov

Noyabrın 30-dakı məhkəmədə plastik boru buraxan “METAK” MMC-nin vəzifəli şəxsləri - maliyyə direktoru Fuad Zülfüqarov, təsisçisi Alik Kərimov və şirkətin direktoru Aydın Kərimov zərərçəkmiş kimi dindiriliblər

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəhbəri olmuş general Akif Çovdarovun və onun tabeliyində işləmiş Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəməsi davam edir. Noyabrın 30-dakı iclasa Çovdarov 3 həkimin nəzarəti altında və yenə oksigen balonu ilə gətirilib. Elə məhkəmə salonunda da bu vəziyyətdə olub.

Buna da bax:​ Çovdarovun zərərçəkmişi təkcə zərər çəkməyib...

MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri Həbib Həsənov, Elbəy Allahverdiyev və Müslüm Əliyevdən ibarət heyət baxır. Proses Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

Jurnalistlər məhkəməyə buraxılmadığından, AzadlıqRadiosu vəkillər, dindirilən şahid və zərərçəkmişlər vasitəsilə orada olub-bitənlərdən xəbər tutub.

”Nazirimizi indiyə qədər saymamısınız"

Noyabrın 30-dakı məhkəmədə plastik boru buraxan “METAK” MMC-nin vəzifəli şəxsləri - maliyyə direktoru Fuad Zülfüqarov, təsisçisi Alik Kərimov və şirkətin direktoru Aydın Kərimov zərərçəkmiş kimi dindiriliblər. Onlar prokurorluğa ərizələrində Akif Əliyevdən şikayətçi olduqlarını göstəriblər.

Buna da bax: 'Çovdarov yalnız ailəsinin göndərdiyi dərmanları atır...'

Fuad Zülfüqarov olayı tam təfərrüatı ilə xatırlamadığını, istintaqdakı ifadəsini təsdiqlədiyini söyləyib. Bu səbəbdən onun istintaqdakı ifadəsi elan olunub.

O, ifadəsində göstərib ki, şirkəti dayısı Alik Kərimov 1997-ci ildə təsis edib. 2012-ci ildənsə şirkətin icraçı direktoru dayısıoğlu Aydın Kərimovdur. O da şirkət açılandan dayısının yanında işləyib və sonradan maliyyə işləri üzrə direktor olub.

Akif Əliyev ona vaxtaşırı zəng vuraraq, nazirliyə çağırıb. Səbəb olaraq, bəzi maliyyə məsələlərini aydınlaşdırmaq lazım gəldiyini deyib.

Buna da bax:​ Çovdarov məhkəməyə xərəkdə gətirildi

"MTN-də mənə dedi ki, uzun illərdir işləyirsiniz, pul qazanırsınız, ancaq nazirimizi indiyədək saymamısınız. Bir dəfə də olsun, əldə etdiyiniz gəlirdən Eldar Mahmudova pay ayırmamısınız", - Fuad Zülfüqarovun istintaqa ifadəsində belə yazılıb.

Onun sözlərinə görə, ondan 50 min manat istəniləndə bu pulu ancaq dayısının verə biləcəyini söyləyib. Dayısı da qərara gəlib ki, 10 min verilsin. Akif Əliyevlə növbəti görüşdə bu məbləğ ona çatdırılıb.

"Oğlumu oğurlayıb 50 min istədilər"

Şirkətin təsisçisi Alik Kərimov verilən 10 min manatın ondan alındığını deyib, ancaq həmin pulu indi tələb etmədiyini, Akif Əliyevə bağışlamaq istədiyini məhkəmənin diqqətinə çatdırıb.

Buna da bax: 'Akif Çovdarovun durumu gündən-günə pisləşir'- vəkil

Alik Kərimov, əslində, MTN-də çalışan Natiq Alıyevdən şikayətçi olduğunu deyib. Oğlunun oğurlandığını söyləyən zərərçəkmiş buna görə adıçəkilən şəxsi günahlandırıb: "Oğlumu oğurladılar. Məndən 50 min tələb etdilər. Mən Akif Çovdarovdan bu işə görə kömək istədim. Mənim şikayətim Natiqdən idi. Ancaq istintaqda nədənsə belə göstərilib".

“Şərbət verin, içsin...”

Məhkəmədən sonra Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə açıqlamasında yenə generalın səhhətindəki problemlərə biganəlikdən gileylənib. O, məhkəmədə fasilə zamanı Akif Çovdarovun səhhətinin ağırlaşdığını, şəkərinin qalxdığını bildirib: "Artıq Çovdarov komaya düşür. Bizim tələbimizlə həkimlər də bunu gördü. Hakim də həkimə deyir ki, "şərbət verin içsin". Bizim etirazlarımıza baxmayaraq, Akif Çovdarovu bu vəziyyətdə məhkəməyə gətiriblər".

Məhkəmə dekabrın 5-də davam edəcək.

Buna da bax:

"Akif Çovdarovun işinə Hərbi Məhkəmə baxmalıdır"
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

XS
SM
MD
LG