Qazaxıstanın Türküstan şəhəri 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib.
Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, açıqlama dekabrın 1-də Şəkidə keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısının yekununda elan edilib.
Toplantı çərçivəsində qəbul olunan qərarlar və yekun bəyannamə imzalanıb.
Buna da bax: Şəki Mədəniyyət paytaxtı oldu
İmzalanma mərasimindən sonra 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" Qazaxıstanın Türküstan şəhərinin seçildiyi diqqətə çatdırılıb.
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin rəmzlərini Qazaxıstan nümayəndəsinə təqdim edib.
2016-cı ildə "Türk dünyasının mədəniyyət paytaxtı" Şəki seçilmişdi.