Məşhur polyak yazıçısı Rişard Kapuşinski Afrika, Yaxın Şərq, Latın Amerikası, Kuba və İranda jurnalistika ilə məşğul olub, müxtəlif avtoritar rejimlər haqda kitablar yazıb. R. Kapuşinskinin 1982-c yazdığı "Şahənşah" kitabı isə bədii-publisistik janrda yazılmış romandır. Romanda o İranda Pəhləvilər rejiminin qurulması, Məhəmməd Rza Şah Pəhləvinin hakimiyyətə gəlişi ilə ölkəyə axan milyardlarla dollar neft pulları və bu pulları düzgün xərcləməyən şahın sonda xalqın qəzəbinə tuş gəlib hakimiyyətdən salınmasından bəhs edir.
Buna da bax: İran şahının neft strategiyası necə iflasa uğradı
"Şahənşah" R. Kapuşinskinin dilimizə tərcümə edilmiş ilk kitabıdır. Kitabı keçmiş vicdan məhbusu Rəşadət Axundov həbsxanada tərcümə edib.
Kitabın təqdimatı dekabrın 11-i Bakıda baş tutuacaq.