Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə, yaş həddinin artırılması təklif olunur.
Bununla bağlı Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi hazırlandığı bildirilir.
APA-nın xəbərinə görə, layihədə bütün peşələr üzrə pensiyaya çıxmaqdan ötrü tələb olunan iş stajı artırılır.
Təkliflərdə dövlət qulluqçularından ötrü hazırda qüvvədə olan 15 ilin 20 ilə, hərbi qulluqçularla bağlı isə 20 ilin 25 ilə artırılması əksini tapıb.
Buna da bax: Kim nə qədər pensiya alacaq
Digər peşələrdən ötrü də tələb olunan staj illərinin uyğun olaraq 5 il qaldırılması təkliflərdə yer alıb.
Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyalarından ötrü tələb olunan yaş hədləri ilə differensiallaşdırılması da əks olunub.
Layihənin ilin sonuna kimi Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulur.
Vətəndaşlara əmək pensiyası təyin edilərkən onun sığorta hissəsinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə onların “Əmək pensiyaları haqqında” qanununun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dən ümumi iş stajına, ikinci mərhələdə isə həmin tarixdən sığorta olunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən.
Buna da bax: Pensiya şərtləri niyə ağırlaşdırılır?
Sonuncu dəfə pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilmişdi. Həmin qərara görə, 2010-2012-ci illərdə kişilərin pensiya yaşı 62-dən 63-ə, 2010-2016-cı illərdə qadınların pensiya yaşı 57-dən 60-a yüksəldildi.
Buna da bax: