Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:36

İmre Kalmanın 'Silva'sı Musiqili Teatrda


«Silva» operettası
«Silva» operettası

Dövlət Musiqili Teatrında 2017-ci ilin ilk premyerası keçiriləcək.

Teatrın Mətbuat Xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, yanvarın 11-də saat 19.00-da İmre Kalmanın dünyaca məşhur «Silva» operettası tamaşaçılara təqdim olunacaq.

Əsərin süjet xətti böyük sevgi hekayəsi üzərində qurulub. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan münasibəti Edvinin ailəsi birmənalı qarşılamır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bundan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblər aydınlığa çıxır...

Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Boris Lukinski, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Vaqif Məstanov, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.

Tamaşada rolları Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.

XS
SM
MD
LG