Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:43

Yeni binadan mənzil alıb, təmir etdirib, amma yaşaya bilmir...


AAAF Park-ın Xırdalanda inşa etdiyi yaşayış kompleksində mənzil.
AAAF Park-ın Xırdalanda inşa etdiyi yaşayış kompleksində mənzil.

“Bir ətək pul verib mənzil almışıq. İki aydır adı var ki, təzə mənzilə köçmüşük, ancaq bircə gün də içərisində yaşaya bilməmişik”.

Eldar Mehdiyev AzadlıqRadiosu-na danışır ki, bir müddət öncə AAAF Park-ın Xırdalanda inşa etdiyi yaşayış kompleksindən mənzil alıb. 12-ci küçədəki 6-cı binanın mansardında yerləşən 36-cı mənzili başdan ayağa təmir etdirib, içərisinə təzə mebellər də yığdırıb. Ancaq düz iki aydır ki, ailəsini bu təzə mənzilə yox, yaxın qohumunun evinə yığıb.

Buna da bax:​ 'Mənə qalsa, üstümdən traktor da keçsə, çıxan deyiləm'

3 AYA 500 MANATDAN ÇOX İŞIQPULU

Səbəbindən özü danışır:

“Dedilər, ‘mansarda təhlükəsizlik baxımından qaz verilmir, ancaq tezliklə qazanxana olacaq, binalarda kombi sistemi quraşdırılacaq’. Bu söhbət elə də qaldı. İşıq ən zəif fazada verilir. Lift işləmir, adamlar yuxarı mərtəbələrə düşüb-çıxmaqdan birtəhər olub. Bütün ailələr narazıdır”.

“Düzdür, yaşayış kompleksinin ərazisi çox rahatdır, istirahət yeri, uşaq bağçası... Ancaq binalarda hələ də rahatlıq yoxdur. Qaz xətləri çəkilməyib, son üç ayda 500 manatdan çox işıqpulu ödəmişəm. Ancaq onu da deyim ki, bu qədər işıqpulu ödəməyimizə baxmayaraq, yenə də soyuqdan donuruq. Elektrik qızdırıcıları istilik sisteminin yerini vermir”.

Buna da bax:​ 'Polis dedi, qonşular hasarın dibində kartof bişirmək istəyiblər'

AAAF Park-ın Xırdalanda inşa etdiyi yaşayış kompleksində mənzilin hamamı.
AAAF Park-ın Xırdalanda inşa etdiyi yaşayış kompleksində mənzilin hamamı.

Sakinlərin deməsinə görə, AAAF Park rəhbərliyinə müraciətləri cavabsız qalır.

AAAF İnşaat MMC-dən “Qaynar xətt”ə bildirilib ki, sakinlərin şikayətləri araşdırılarkən, liftdən narazılıq olunan binalardakı yuxarı mərtəbələrdə məskunlaşmanın az olduğu üzə çıxıb. Yaşayış kompleksinin istilik sistemi yaxın vaxtlarda tam şəkildə həllini tapacaq. “Kimin nə narazılığı var, şirkətin rəhbərliyi hər zaman dinləməyə hazırdır, buyursunlar, mətbuata yox, problemlərini bizə danışsınlar”, – şirkətdən bildirilib.

XS
SM
MD
LG