Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 23:43

“İçəri Şəhər” bədii filmi kinoteatrlarda göstərilməyə başlayır


"İçəri Şəhər" filminin treyleri.
"İçəri Şəhər" filminin treyleri.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fevralın 16-dan etibarən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində “İçəri Şəhər” bədii filminin kinoteatrlarda nümayişinə başlanılacaq.

"Report" xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.

Buna da bax: “İçərişəhər” üçün xilaskar axtarışı

Xatırladaq ki, film daha öncə Misirin 38-ci Qahirə, 47-ci Hindistan (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 21-ci Kerala, 15-ci “Pune”, 7-ci “Yaşvant” və 9-cu Benqaluru Beynəlxalq Film Festivallarında iştirak edib. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Rejissor İlqar Safatın "İçəri Şəhər" filminin treyleri.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rollarda Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri çəkiliblər.

XS
SM
MD
LG