Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:54

"Balaca Şahzadə" Quran və İncildən sonra dünyanın ən çox tərcümə olunan kitabıdır


"Balaca Şahzadə" kitabının üz qabığı
"Balaca Şahzadə" kitabının üz qabığı

Fransız yazıçısı Antoine de Saint-Exupéry'nin "Balaca şahzadə" povest-nağılı İncil və Qurandan sonra dünyanın ən çox dilinə çevrilən kitab seçilib. Xəbərə görə o hətta bu yaxınlarda ərəb ləhcələrindən biri olan hassaniyaya da tərcümə edilib. Bu haqda "Franceinfo" televiziya portalı məlumat yayıb.

Hassaniya Mavritaniya və Qərbi Sahara da dövlət dili statusunda olan dildir. Bu ləhcə Saint-Exupery'nin "Balaca Şahzadə"ni yazarkən ilham aldığı Cənubi-Mərakeşdə danışıldığı üçün müəllif üçün xüsusi önəm kəsb edirmiş.

Buna da bax: 438 dil və dialektdə "Balaca şahzadə" sərgisi

Xatırladaq ki, Antoine de Saint-Exupéry'nin "Balaca şahzadə"si 1943-cü ildə çap olunub və bütün dünyada 200 milyon tirajla satılıb.1959-cü ildə kitab sovet ittifaqında ilk dəfə çap olunub və məşhurlaşmağa başlayıb. O vaxtdan bu günə qədər kitab dünyanın az qala bütün dillərində çap olunub.

XS
SM
MD
LG