"Kitab klubu" Vüqar Dəmirbəylinin "Almaniya haqqında hekayələr" kitabını dərc edib.
Kitabın müəllifi uzun illərdir Almaniyada yaşayır və kitabında o bu ölkəyə tamam yeni baxışını hekayələri vasitəsilə çatdırır.
Müəllif kitabı haqda Oxu Zalına deyib:
"Bu gün Azərbaycanda kimdən Almaniya haqqında soruşsanız, o sizə bu ölkənin mədəniyyətinə, tarixinə yaxşı bələd olduğunu və hətta onu sevdiyini deyəcək. Azərbaycanlılar həm də əmindirlər ki, almanlar ən ağıllı, istedadlı və işgüzar insanlardır. Bütün dünyada ən nizam-intizamlı olanlar da, ən keyfiyyətli malları istehsal edən də onlardır. Bizim insanlar həm də deyirlər ki, Almaniya olduqca demokratik və ədalətli bir ölkədir. Bəs Almaniya əslində necədir? Kiatbda daha çox Almaniyada yaşayan əcnəbilərin, əsasən də azərbaycanlıların həyatından bəhs olunur".