Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:30

Mühacirət ədəbiyyatı ilə bağlı yeni kitab çıxıb


Bədirxan Əhmədli: "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri"
Bədirxan Əhmədli: "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri"

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyası çapdan çıxıb.

AMEA-nın yaydığı xəbərə görə, monoqrafiyanın müəllifi institutun əməkdaşı professor Bədirxan Əhmədlidir.

Əsər Azərbaycanın istiqlalı və müstəqilliyi uğrunda mühacirətdə son dərəcə ağır şərtlər altında zəngin irs qoyub gedən 4 istiqlalçının – Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əhməd Cəfəroğlu və Gültəkinin (Əmin Abid) xatirəsinə həsr olunub.

Buna da bax:​ 'Qızıl Kəlmə' sahiblərini tapdı

5 bölümdən ibarət monoqrafiyada mühacirət ədəbiyyatının araşdırılma məsələləri, mühacirət mətbuatının inkişaf yolları, eləcə də "Əli və Nino" romanının müəllif gizlinləri faktlarla araşdırılıb.

Kitabda Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Əbdülvahab Yurdsevər, Almas İldırım, Gültəkin (Əmin Abid) kimi milli yaddaşda mühüm rol oynamış simaların yaradıcılığına geniş yer verilib.

XS
SM
MD
LG